"Nəqliyyat vasitələri  sürücülərinin  hazırlanması və onların ixtisasının  artırılması kursları haqqında Əsasnamənin və  Nəqliyyat vasitəsini idarə etmək  hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara  sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 179                        Bakı şəhəri, 12 iyul 2013-cü il

 

 

 

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 595-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 aprel tarixli 2857 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 197; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 9, maddə 822, ¹ 11, maddə 989; 2008, ¹ 2, maddələr 116, 125, ¹ 9, maddə 853, ¹ 10, maddə 928; 2009, ¹ 6, maddə 491; 2010, ¹ 8, maddə 764; 2011, ¹ 6, maddə 566; 2012, ¹ 1, maddə 36, ¹ 5, maddə 488, ¹ 12, maddə 1352; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 may tarixli 90 nömrəli qərarı)  ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

 

1. 3-cü hissənin adında "və sürücülük vəsiqələrinin verilməsi" sözləri ", sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi" sözləri ilə əvəz edilsin;

 

2. aşağıdakı məzmunda 3.15-1-ci - 3.15-4-cü bəndlər əlavə edilsin:

 

"3.15-1. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı hallar əsas sayılır:

 

3.15-1.1. etibarlılıq müddətinin qurtarması;

 

3.15-1.2. sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;

 

3.15-1.3. yazılarında dəqiqsizlik müəyyən edilməsi;

 

3.15-1.4. yararsız hala düşməsi;

 

3.15-1.5. itirilməsi;

 

3.15-1.6. yeni nümunəsinin təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.

3.15-2. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız QİM tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir.

3.15-3. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:

3.15-3.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

3.15-3.2. sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);

3.15-3.3. qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz;

3.15-3.4. bu Əsasnamənin  3.3-cü bəndinin üçüncü, dördüncübeşinci abzaslarında nəzərdə tutulduğu hallarda tibbi arayış.

3.15-4. Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.".

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.- 19 iyul.- S.6.