"Gen mühəndisliyi
əsasında alınmış bitki
toxumlarının Azərbaycan Respublikasının ərazisinə
gətirilməsinə yol verilə bilən
müstəsna hallar və gətirilmə
Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 18 fevral tarixli 53 nömrəli qərarının ləğv
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 185 Bakı şəhəri,
16 iyul 2013-cü il
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 1 fevral tarixli 549-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 2771 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Gen
mühəndisliyi əsasında alınmış bitki
toxumlarının Azərbaycan Respublikasının ərazisinə
gətirilməsinə yol verilə bilən müstəsna
hallar və gətirilmə Qaydası"nın təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 18 fevral tarixli 53 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 2, maddə 201) ləğv
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 19 iyul.- S.6.