"Kənd təsərrüfatı məhsulları
istehsalçılarının toxum,
gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə
əlavə dəstək verilməsi ilə əlaqədar bəzi
məsələlər barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 186 Bakı şəhəri,
16 iyul 2013-cü il
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 1 fevral tarixli 549-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 2771 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 9, maddə 872) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci və 3-cü hissələrə "buğda toxumunun" sözlərindən əvvəl "genetik modifikasiya olunmamış" sözləri əlavə edilsin;
2. 4-cü hissəyə "yüksək reproduksiyalı" sözlərindən sonra "və genetik modifikasiya olunmamış" sözləri əlavə edilsin;
3. həmin qərarla təsdiq edilmiş "Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan rayonlaşdırılmış yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması Qaydaları"nın 1.1-ci bəndinə "yüksək reproduksiyalı" sözlərindən sonra "və genetik modifikasiya olunmamış" sözləri əlavə edilsin;
4. həmin
qərarla təsdiq edilmiş "Dövlət vəsaiti
hesabına idxal olunan mineral gübrələrin güzəştli
şərtlərlə buğda istehsalçılarına
satılması Qaydaları"nın 1.1-ci bəndinə
"buğda istehsalı" sözlərindən əvvəl
"genetik modifikasiya olunmamış" sözləri əlavə
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 19 iyul.- S.6.