"Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaqmotor yağlarına görə dövlət  büdcəsinin vəsaiti  hesabına yardımın verilməsi Qaydaları"nın və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqifiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının  istehsalçılarına  mineral  gübrələrin  güzəştlə satılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 187             Bakı şəhəri, 16 iyul 2013-cü il

 

 

 

 

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 1 fevral tarixli 549-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 2771 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaqmotor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları"nın və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqifiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 192, ¹ 11, maddə 1184; 2008, ¹ 6, maddə 587; 2010, ¹ 12, maddə 1124; 2012, ¹ 8, maddə 811) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci, 2-ci və 6-cı hissələrə "hər hektar" sözlərindən əvvəl "genetik modifikasiya olunmamış bitkilərin" sözləri əlavə edilsin;

2. 7-ci hissəyə "əkin sahəsinin" sözlərindən əvvəl "genetik modifikasiya olunmamış bitkilərin" sözləri əlavə edilsin;

3. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaqmotor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları" üzrə:

3.1. 1.1-ci bəndə "əkin sahəsinin" sözlərindən əvvəl "genetik modifikasiya olunmamış bitkilərin" sözləri əlavə edilsin;

3.2. 1.2-ci bəndə "1 (bir) hektar" sözlərindən əvvəl "genetik modifikasiya olunmamış bitkilərin" sözləri əlavə edilsin;

3.3. 1 nömrəli əlavədə "Ərizə (nümunə)"nin birinci abzasına "payızlıq buğda" və "yazlıq bitkilər" sözlərindən əvvəl "genetik modifikasiya olunmamış" sözləri əlavə edilsin;

4. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqifiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları" üzrə:

4.1. 1.2-ci bəndə "əkin sahəsi" sözlərindən əvvəl "genetik modifikasiya olunmamış bitkilərin" sözləri əlavə edilsin;

4.2. 1 nömrəli əlavədə "Ərizə"nin birinci abzasının birinci cümləsinə "payızlıq və yazlıq bitkilərin" sözlərindən əvvəl "genetik modifikasiya olunmamış", ikinci cümləsinə "üzüm və meyvə bağları" sözlərindən əvvəl "genetik modifikasiya olunmamış" sözləri əlavə edilsin.

 

 

 

Artur RASI-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.- 19 iyul.- S.6.