Gənc azərbaycanlı rejissorların ekran əsəri 66-cı Lokarno
Beynəlxalq Film Festivalının
müsabiqə proqramına daxil edilmişdir
Avqustun 7-də 66-cı Lokarno Beynəlxalq
Film Festivalı başlayacaqdır. 1946-cı ildən
etibarən keçirilən
festival "A" kateqoriyasına (Kann, Berlin, Venesiya festivalları və
s.) aiddir və bu kino
bayramı filmlərin
nümayişlərinin açıq
hava altında təşkil olunması kimi özəlliyi ilə fərqlənir. AzərTAc xəbər
verir ki, avqustun 17-dək davam edəcək 66-cı Lokarno
Beynəlxalq Film Festivalının
müsabiqə proqramında
Azərbaycan filmi də yer almışdır.
Gənc rejissorlar Rüfət Həsənov və Elvin Adıgözəlin "Buqələmun"
adlı tammetrajlı bədii filmi festivalın rəsmi müsabiqə proqramına
daxil edilmişdir və filmin dünya premyerası məhz festival çərçivəsində
olacaqdır
(http://www.pardolive.ch/en/Pardo-Live/today-at-the-festival/2013/LOC66-Line-up/cineasti-del-presente.html#.Ued52NK8CFs).
"Adari Films prodakşn"
şirkətinin məhsulu
olan filmin prodüseri İrada Bağırzadədir. Eyni zamanda, "Arizona Productions"
(Fransa) və "Vita
aktiva" (Rusiya) şirkətləri ilə
postprodakşn işləri
görülmüşdür.
Xatırladaq
ki, Azərbaycan Prodüserlər Gildiyasının
"Geniş baxış" ssenari müsabiqəsinin qalibi
olan "Adari Films" şirkətinin artıq altı
qısametrajlı novelladan ibarət "Motivlər..."
layihəsi çərçivəsində Rüfət Həsənovun
"Bazar günü" filminin çəkilişlərinə
başlanılmışdır. Layihə Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi və Cəfər Cabbarlı
adına "Azərbaycanfilm" Kinostudiyası tərəfindən
dəstəklənir.
Azərbaycan.-2013.- 19 iyul.- S.12.