Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin açılışı olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın şimal bölgəsinə səfəri

 

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Quba-Xaçmaz Regional İnkişaf  Mərkəzinin açılışında iştirak etmişdir.

 

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, mərkəzin tikintisinə 2011-ci ildə başlanılmış, 2013-cü ilin iyulunda başa çatdırılmışdır. Mərkəz inzibati binadan, biznes inkubatordan, sərgi, akt, konfrans və təlim zallarından, inzibati otaqlardan, yeməkxana və yardımçı tikililərdən ibarətdir. Mərkəzin qazanxana, nasosxana, transformator stansiyası, su anbarları, dizel generator binaları da vardır. Ümumi ərazisi 1,5 hektar olan mərkəzin həyətyanı sahəsində geniş yaşıllıq abadlıq işləri görülmüşdür.

Bildirildi ki, foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulan mərkəzin sərgi zalında "Quba-Xaçmaz iqtisadi rayonu: uğurlu regional siyasətin  nəticələri" adlı sərgi yaradılmışdır. Sərgidə ulu öndər Heydər Əliyevin Quba-Xaçmaz iqtisadi rayonuna səfərlərini əks etdirən fotoguşə vardır. Burada həmçinin regionların  sosial-iqtisadi  inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda görülən işlər əsas sosial-iqtisadi göstəricilər geniş əks olunmuşdur.

Mərkəzdə rayonun sosial-iqtisadi inkişafı üçün regionun mövcud potensialından səmərəli istifadə etməklə prioritet istiqamətlər üzrə təkliflər hazırlanacaqdır. Burada rayon üzrə biznesin inkişafı, sahibkarlıq subyektləri arasında əlaqələrin işgüzar əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlər təşkil olunacaqdır. Yerli istehsal, habelə sənətkarlıq məhsullarının nümayişi, sərgiyə çıxarılması satışı ilə bağlı sahibkarlıq subyektlərinə müxtəlif təşkilati-məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur.

Qeyd olundu ki, mərkəzin ən mühüm istiqamətlərindən biri sahibkarlıq fəaliyyətinə başlayan gənclər biznesini təkmilləşdirmək istəyən kiçik orta sahibkarlar üçün davamlı maarifləndirmə işlərinin təşkili, konsaltinq informasiya xidmətlərinin göstərilməsidir.

Bildirildi ki, 2003-2012-ci illər ərzində bu iqtisadi rayon üzrə 1091 müəssisə açılmış, 65 mindən çox yeni yeri yaradılmıdşır. Son 10 ildə iqtisadi rayonda 122 təhsil müəssisəsi tikilmiş, 32 səhiyyə müəssisəsi inşa edilmişdir. Qarabağ müharibəsi əlilləri şəhid ailələri üçün 33 yaşayış binası inşa edilmişdir. Bu illər ərzində turizm sahəsi xeyli inkişaf etmişdir. Hazırda Quba-Xaçmaz iqtisadi rayonunda 100-dən çox mehmanxana bu tipli obyekt fəaliyyət göstərir. Son 10 ildə 14 gənclər evi idman müəssisəsi tikilib istifadəyə verilmişdir. Ötən 10 ildə Quba-Xaçmaz iqtisadi rayonunda yol nəqliyyat infrastrukturu xeyli yaxşılaşdırılmışdır. 150 kilometr yeni yol çəkilmiş, 450 kilometr isə əsaslı təmir olunmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalında da artım müşahidə olunmuşdur. Meyvə 1,4, ət istehsalı 2, süd istehsalı 1,2, yumurta istehsalı isə 1,7 dəfə artmışdır. Azərbaycanın iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım təşviq mexanizmlərinin tətbiq edilməsidir. Dövlət tərəfindən ayrılan kreditlər Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər özəl sektorun inkişafına çox böyük dəstəkdir. Son illər bu iqtisadi rayon üzrə 1321 sahibkara 109,7 milyon manat güzəştli kredit verilmişdir. Bunun nəticəsində 8,4 min yeni yeri yaradılmışdır.

Prezident İlham Əliyevə Biznes-İnkubator barədə ətraflı məlumat verildi. Diqqətə çatdırıldı ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına əsasən biznes-inkubatorlar yaradılmışdır. Əsas məqsəd gənclər tərəfindən yeni biznes subyektlərinin qısa zamanda rəqabət qabiliyyətliliyinin inkişafının təmin edilməsi, kiçik sahibkarlıq subyektlərinə olan dəstəyin nümayiş etdirilməsi vasitəsilə investisiya mühitinin daha da yaxşılaşdırmasıdır. Bu proqram vasitəsilə gənc mütəxəssislərin potensialından səmərəli  istifadə olunacaq, innovativ perspektivli biznes sahələrinin inkişafı təmin ediləcəkdir.

Vurğulandı ki, binanın 276 nəfərlik konfrans zalında müxtəlif tədbirlər keçirmək üçün hər cür şərait yaradılmışdır. Mərkəzin inzibati otaqları işçilərin rahat fəaliyyət göstərməsi üçün ən son avadanlıqlarla təchiz olunmuşdur.

Biznes-İnkubator bölməsi ilə tanış olan dövlət başçısının diqqətinə çatdırıldı ki, layihədə iştirakçıların sayı 15 nəfərdir. Layihənin 24 ay ərzində həyata keçirilməsi planlaşdırılır. Bu müddətdə gənclər ilkin biznes vərdişlərinə yiyələnəcəklər. İnkubator bölməsində gənc sahibkarların fəaliyyəti üçün hər cür imkan yaradılmışdır. Mərkəzdə tədris otağı da fəaliyyət göstərəcəkdir.

Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq tövsiyələrini verdi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 20 iyul.- S.3.