Yeni Azərbaycan Partiyası Şabran rayon
təşkilatının inzibati
binası istifadəyə verilmişdir
Azərbaycan
Prezidenti İlham Əliyevin respublikanın şimal bölgəsinə
səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə məlumat verildi ki, binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılmış və inşaat işləri 2013-cü ilin iyulunda yekunlaşdırılmışdır. Binanın ətrafında əsaslı abadlıq işləri aparılmış və yaşıllıqlar salınmışdır.
Ümumi sahəsi 735 kvadratmetr olan ikimərtəbəli binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Buradakı fotostendlərdə ümummilli liderin və Prezident İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən partiyanın fəaliyyəti ilə bağlı gördükləri işlər öz əksini tapmışdır. Binadakı otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır.
Qeyd olundu
ki, binada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi
xüsusi diqqətdə
saxlanılmış, bütün otaqlar lazımi avadanlıqla təchiz edilmişdir. Müasir havalandırma sisteminin quraşdırıldığı binada 90 nəfərlik konfrans salonu da vardır.
İnzibati binada yaradılan
iş şəraiti ilə tanış
olan Prezident İlham Əliyev buradan şəhərin mənzərəsini seyr etdi, rayon mərkəzinin genişləndirilməsinə dair
tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2013.- 20 iyul.- S.4.