Azərbaycanda iqtisadi islahatlar sosial siyasətlə tamamlanır
Bu istiqamətdə
qazanılan nailiyyətlər
Nazirlər Kabinetinin cari ilin birinci
yarısının sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında da vurğulanıb
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2013-cü ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında ilin ötən aylarına aid göstəricilərin müsbət
olduğu qeyd edilib. Altı ay ərzində ölkə
iqtisadiyyatının dinamik
inkişaf etdiyi, qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə
icra olunduğu göstərilib.
Yarım
il ərzində
ümumi daxili məhsul 5 faiz artıb. Qeyri-neft sektorunda artfım
11 faiz təşkil edib. Bu da qarşıya qoyulmuş məqsədə - 10 il ərzində qeyri-neft sektorunu iki dəfə artırmaq hədəfinə
çatmağa inam yaradan faktdır.
Ölkə iqtisadiyyatının ayrı-ayrı
sahələrində qazanılan
nailiyyətlər ürəkaçandır. Maddi imkanlarımız
genişlənir, valyuta
ehtiyatlarımız artır.
Bununla da, həm ölkənin
gücü artır, həm insanların güzəranı daha da yaxşılaşır
və onların sabaha inamı çoxalır. Bütün bunları
dünya birliyi də görür və yüksək qiymətləndirir.
Sevindirici haldır ki, dünyanın aparıcı
qurumları Azərbaycanda
həyata keçirilən
islahatları bəyənir. Ölkəmizin bu sahədəki təcrübəsi bir çoxları tərəfindən
öyrənilir. Başqa sözlə,
Azərbaycan öz yolu ilə gedir.
Yəni,
bizdə islahatlar köklü xarakter daşıyır. Başqa sözlə,
bir sıra ölkələrdə iqtisadi
vəziyyət insanlara
ziyan dəymək hesabına sağlamlaşdırılır.
Məsələn, iş yerləri
ixtisar edilir, maaşlar kəsilir, iş gününün saatları çoxaldılır,
pensiya yaşı artırılır.
Azərbaycanda isə əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Nəticədə əhalinin gəlirləri
artır. Bu hal hətta dünyada iqtisadi böhranın tüğyan
etdiyi dövrdə də özünü göstərməkdədir. Yəni, Azərbaycanda aparılan əsaslı iqtisadi islahatlar ilk növbədə
məhz insanların rifahının yüksəldilməsi,
yaşayışının daha da yaxşılaşması
məqsədini güdür.
Əhalinin sosial vəziyyətinin əsas göstəricilərindən
biri əməkhaqqının
səviyyəsidir. Bu baxımdan ölkəmizdə
maaşların getdikcə
artması insanların
maddi vəziyyətinin
daha da yaxşılaşmasını
sübut edir. Son 6 ayda da maaşlar artıb. Bu gün Azərbaycanda
orta aylıq əməkhaqqı 520 dollar səviyyəsindədir.
Orta aylıq pensiyalar isə 200 dollar təşkil
edir.
Sözügedən tədbirdə Prezident
İlham Əliyev bu məsələ barədə danışarkən
demişdir: "Gələn
illərdə bu rəqəmlər artacaqdır.
Bu rübdə vətəndaşların pensiyaları
da, əməkhaqları
da artırılacaqdır.
Gələn illərdə də
eyni siyasət aparılacaqdır. Bir daha demək istəyirəm ki, iqtisadi islahatlar
çox güclü sosial siyasətlə dəstəklənməlidir. Hesab edirəm ki, ölkəmizin bu sahədə əldə etdiyi uğurlar nümunə ola bilər".
Regionların sosial-iqtisadi inkişaf proqramlarının uğurlu
həlli də insanların rifah halına müsbət təsir edir. Dövlət
başçısı bölgələrə
səfərləri zamanı
vəziyyətlə yerindəcə
tanış olur və müvafiq
göstərişlər verir.
İndi bütün rayonlarda inkişaf, canlanma və bunun nəticəsində
insanların gözəl
əhval-ruhiyyəsi var. Quruculuq,
abadlıq işləri
geniş vüsət alıb. Kəndlər və şəhərlər
daha da abadlaşdırılır,
onların ərazisində
istehsal təyinatlı
yeni müəssisələr
yaradılır. Yeni sənaye
müəssisələri isə
məşğulluq probleminin
həllində müsbət
rol oynayır. Belə ki, əhali
üçün çoxsaylı
iş yerləri açılır.
Bütün bu tədbirlərin nəticəsidir ki, Azərbaycanda işsizliyin
səviyyəsi aşağıdır. Bu ilin əvvəlində işsizlik
səviyyəsi 5 faizdən
bir az
çox idi. İlin sonuna kimi isə
bu rəqəmin daha da azalacağı
gözlənilir. Baxmayaraq ki,
5 faiz səviyyəsində
işsizlik istənilən
ölkə üçün
heç də pis göstərici deyil. Xatırladaq ki, bəzi inkişaf etmiş ölkələrdə işsizlik
10, 15, hətta 25 faiz səviyyəsinə çatır.
Ölkəmizdə məşğulluq probleminin
uğurlu həlli üçün ardıcıl
tədbirlər həyata
keçirilir. Təsadüfi deyil ki, 10 il bundan əvvəl qarşıya
qoyulmuş əsas vəzifələrdən biri
məhz işsizliyin aradan qaldırılması
idi. Həmin vəzifə müvəffəqiyyətlə
yerinə yetirilərək
o vaxtdan bəri 1 milyon 180 min yeni iş yeri açılıb.
Bu tendensiya indi
də ardıcıl surətdə davam etdirilir. Elə ötən yarım ildə ölkədə
55 min yeni iş yeri yaradılıb. Onlardan 45 mini daimi iş yerləridir. Ölkədə aparılan
sənayeləşmə siyasəti,
iqtisadi siyasətlə
bağlı təşəbbüslər
yeni iş yerlərinin daha da çoxalmasına imkan yaradacaq.
Azərbaycanda manatın məzənnəsinin
sabit olması da əhalinin maddi vəziyyətinə müsbət təsir göstərir. Odur ki, manatın
məzənnəsinin sabitliyi
ilk növbədə böyük
sosial məna daşıyır. Ölkəmizdə insanların əmanətləri
dövlət tərəfindən
qorunur. O da maraqlı faktdır ki, bu ilin
6 ayında əhalinin
pul gəlirləri 7 faizdən çox artdığı halda, inflyasiya cəmi 2 faiz olub.
Eləcə də ölkə
Prezidentinin müvafiq fərmanına əsasən
keçmiş SSRİ Əmanət
Bankının ölkəmizin
vətəndaşları olan
əmanətlçilərinə 2012-ci il iyunun
1-dən başlayaraq 597 milyon
manat məbləğində
vəsaitin cari il iyunun 30-dək olduqca qısa müddət ərzində
ödənilməsi əhalinin
maddi vəziyyətinin
yaxşılaşdırılmasına göstərilən qayğının
daha bir təzahürüdür.
Qaçqın və məcburi köçkünlərin sosial
müdafiəsinin gücləndirilməsi
daim diqqət mərkəzindədir. Təkcə
bir faktı qeyd etmək kifayətdir ki, onların yaşayış
şəraitinin yaxşılaşdırılması
üçün cari ilin icmal və
dövlət büdcələrindən
üst-üstə 283 milyon
manat, o cümlədən
Prezidentin Ehtiyat Fondundan 14 milyon manat, dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111 milyon
manat, Dövlət Neft Fondunun büdcəsindən
158 milyon manat vəsait ayrılıb.
Ötən yarım il ərzində bütün dövlət proqramlarının və layihələrin uğurla
icra olunması, investisiya proqramlarında
elm, təhsil, səhiyyə,
sosial təminat, mədəniyyət və
idman obyektlərini özündə birləşdirən
sosial layihələrin
həyata keçirilməsi
də əhalinin sosial rifahına, rahat yaşayışına
yönəldilən tədbirlərdir.
Elektrik enerjisi və təbii qaz təchizatı, içməli
su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi,
kənd yollarının
yenidən qurulması
və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin
genişləndirilməsi də
bu məqsədə xidmət edir.
Nazirlər Kabinetinin iclasında ölkə Prezidenti ötən müddətdə
qazanılmış bütün
bu uğurlara istinad edərək gələn illərdə
daha böyük nailiyyətlərin əldə
olunacağına, qarşıya
qoyulan vəzifələrin
müvəffəqiyyətlə yerinə yetiriləcəyinə
dərin inamını
bildirib.
Flora SADIQLI,
Azərbaycan.-2013.- 20 iyul.- S.5.