Parisdə xalq rəssamı
Toğrul Nərimanbəyovun məzarı
ziyarət olunmuşdur
Xəbər verildiyi kimi, Azərbaycanın UNESCO-ya üzv qəbul olunmasının 20 illiyi münasibətilə Parisdə mərasim keçirilmişdir. Mərasimdə Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak etmişlər.
AzərTAc xəbər verir ki, səfər çərçivəsində nazir Ə.Qarayev Fransa paytaxtının mərkəzində yerləşən Passi qəbiristanlığında SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Toğrul Nərimanbəyovun məzarını ziyarət etmiş, üzərinə gül dəstələri qoymuşdur.
Toğrul
Nərimanbəyov cari il iyunun 2-də 83 yaşında Parisdə
vəfat etmiş və bu şəhərdə dəfn
olunmuşdur.
Azərbaycan.-2013.- 20 iyul.- S.7.