Baş nazirin müavini Əli Həsənov Bərdədə
qaçqın və məcburi köçkünlər
üçünsalınan
yaşayış məhəlləsində tikinti işlərinin
gedişi ilə bağlı
müşavirə keçirmişdir
İyulun 19-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlər üçün salınan yeni yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə bağlı vəziyyəti öyrənmək məqsədi ilə Bərdə rayonunda olmuşdur.
AzərTAc xəbər verir ki, yaşayış məhəlləsində tikintinin gedişi ilə tanış olan Ə.Həsənov burada inşaatçılarla müşavirə keçirmiş, icraçılara işlərin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması üçün tapşırıqlar vermişdir.
Qeyd olunmuşdur ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il
1 iyul tarixli Sərəncamı
ilə təsdiq olunmuş
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na uyğun olaraq
salınan yeni
yaşayış məhəlləsində hər biri beşmərtəbəli olmaqla,
15 ədəd yaşayış binası, 540 şagird
yerlik məktəb, 280 yerlik
uşaq bağçası, həkim məntəqəsi,
klub icma mərkəzi,
inzibati bina, ATS
binası inşa edilmişdir.
Binalardakı mənzillərin
70-i bir, 430-u iki, 325-i üç, 45-i dördotaqlıdır. Burada tikinti
işləri ilə
20-yə yaxın şirkət
məşğul olur.
Artıq
binalarda hörgü və suvaq işləri
başa çatdırılmış,
dam örtükləri vurulmuşdur.
Hazırda yaşayış massivinin tikintisində tamamlanma işləri sürətlə davam etdirilir. Daxili elektrik xətləri
çəkilir, yolların
tikintisi aparılır.
Yaşayış massivində işlərin
avqustun ortalarınadək
yekunlaşdırılması nəzərdə tutulur.
Yeni məhəllədəki mənzillərə
Bərdə rayonu ərazisindəki təhsil
müəssisələrində müvəqqəti məskunlaşmış
ailələr köçürüləcəkdir.
Müşavirədə tikinti şirkətlərinin
nümayəndələri çıxış
edərək inşaat
işlərinin gedişində
heç bir problemin yaranmadığını
diqqətə çatdırmışlar.
Baş
nazirin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov
müşavirəyə yekun vurmuşdur.
Azərbaycan.-2013.- 20 iyul.- S.7.