Azərbaycan Respublikasında seçkilərdə «exit-poll» keçirən

 təşkilatların akkreditasiyası QAYDALARI

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 05 iyun 2013-cü il tarixli 5/32 saylı Qərarı ilə təsdiq edilmişdir

 

 

 

"Exit-poll" keçirmək üçün akkreditasiya olunma qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 25.2.23-cü maddəsi və bu qaydalarla tənzimlənir.

 

 

 

1. "Exit-poll" keçirmək niyyətində olan subyektlərə dair tələblər

 

 

 

1.1. "Exit-poll" keçirən təşkilatlar seçkilərdə səsvermə günü seçki məntəqələrinin çıxışında seçicilər arasında bu seçkiyə dair sosioloji sorğunun aparılmasında  iştirak etmək üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında (bundan sonra - Mərkəzi Seçki Komissiyası) akkreditasiyadan keçməlidir.

 

1.2. "Exit-poll"un keçirilməsinin əsas məqsədi seçki məntəqəsinin çıxışında rəy sorğusu keçirməklə səsvermədə iştirak etmiş seçicilərdən, onların könüllü iştirakı ilə əldə olunmuş məlumatlar əsasında ictimaiyyəti səsvermənin ilkin nəticələri ilə və elektorat barəsindəki təqribi statistik məlumatlarla tanış etmək, habelə səsvermənin nəticələri haqqında operativ proqnozlar müəyyənləşdirməkdən ibarətdir.

 

1.3. Bu sahədə ixtisaslaşmış, müvafiq təcrübəyə maliknüfuzlu hüquqi şəxslər "exit-poll" keçirən təşkilat kimi çıxış edə bilər. Qeyri-hökumət təşkilatları və  xarici hüquqi şəxslər seçkilər keçirilərkən "exit-poll" ilə əlaqədar tədbirlərdə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə, habelə Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq iştirak edə bilərlər. Həmin təşkilatların adından "exit-poll"un keçirilməsinə cəlb edilən şəxslər, əsasən, seçki hüququseçki sistemi üzrə mütəxəssis, yaxud bu sahədə müəyyən təcrübəsi olan şəxslər olmalıdırlar.

 

 

 

2. "Exit-poll" keçirmək üçün akkreditasiyaya dair tələblər

 

 

2.1. "Exit-poll" keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə azı 20 gün qalmışadək akkreditasiyadan keçmək barədə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət təqdim etməlidirlər.

2.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:

2.2.1. təşkilatın hüquqi şəxs kimi qeydiyyatdan keçməsi barədə sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

2.2.2. təşkilatın "exit-poll" keçirərkən tətbiq edəcəyi qaydalar, üsullar, resurslar ("exit-poll" keçirən şəxslərin sayı, "exit-poll" keçirilərkən istifadə üçün nəzərdə tutulmuş maddi-texniki vasitələr s.) haqqında yazılı məlumat.

2.3. Hər bir yazılı müraciətə, onun daxil olduğu gündən başlayaraq    10 gün müddətində Mərkəzi Seçki Komissiyası tərəfindən baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı müvafiq təşkilatın  akkreditasiyadan keçib-keçməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.

 

 3. Yekun müddəalar

 

 3.1.  Bu qaydalar qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 19 sentyabr 2008-ci il tarixli 22/108 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları" qüvvədən düşmüş hesab edilir.

 

Azərbaycan.-2013.- 20 iyul.- S.10.