Milli Mətbuat Gününə həsr
olunmuş sərgi
açılmışdır
Ağsu Rayon Mərkəzi Kitabxanasının oxu zalında 22 iyul - Milli Mətbuat Gününə həsr edilmiş sərgi açılmışdır.
Sərgidə böyük maarifçi demokrat, təbiətşünas alim, ictimai xadim Həsən bəy Zərdabinin yaratdığı milli mətbuatımızın qaranquşu olan "Əkinçi" qəzeti ilə başlanan Azərbaycan mətbuatının tarixi və inkişaf mərhələləri, jurnalistikanın inkişafında böyük xidmətləri olan görkəmli şəxsiyyətlər barədə onlarla kitab, broşür, qəzet nümunələri, sənədlərin surətləri və s. nümayiş etdirilir.
Sərgini ziyarət edən yeniyetmə və gənclər 1875-ci il iyulun 22-də işıq üzü görən, cəmi 56 nömrəsi buraxılan, çar senzurasının təzyiqləri nəticəsində bağlanmaq məcburiyyətində qalan "Əkinçi" qəzeti və onun ətrafında toplaşan maarifçi, vətənpərvər ziyalılar barədə ətraflı məlumatlar ala bilirlər.
Sərgidə
həmçinin ikinci dəfə müstəqillik qazanan Azərbaycanda
ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə
söz və mətbuat azadlığını məhdudlaşdıran
senzuranın aradan qaldırılması, qəzetlərin nəşriyyatlara
borclarının dondurulması və sonradan bu borcların
silinməsi, KİV-in fəaliyyətini tənzimləyən
qanunvericilik bazasının yaradılması barədə
geniş məlumat verilir. Prezident İlham Əliyevin KİV
nümayəndələri üçün yaşayış
evinin inşası ilə əlaqədar imzaladığı
müvafiq sərəncamın surəti də nümayiş
etdirilən sənədlər arasındadır. Sərgi
iyulun sonunadək fəaliyyət göstərəcəkdir.
Azərbaycan.-2013.- 21 iyul.- S.5.