Belçikanın Kralı Əlahəzrət Filippə

 

Əlahəzrət!

Taxta çıxmağınız münasibətilə Sizi öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan ilə Belçika arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. İnanıram ki, dostluq əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Belçika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 iyul 2013-cü il

Azərbaycan.-2013.- 23 iyul.- S.1.