Azərbaycan Diplomatik
Akademiyası və Uelsin Aberistvis
Universiteti
arasında tələbə və
professor heyətinin mübadiləsi haqqında
Memorandum
imzalanmışdır
Azərbaycan Diplomatik Akademiyası (ADA) və Uelsin Aberistvis Universiteti arasında tələbə və professor heyətinin mübadiləsi haqqında Memorandum imzalanmışdır.
ADA-dan AzərTAc-a bildirmişlər ki, sənədi ADA-nın prorektoru Fariz İsmayılzadə və Aberistvis Universitetinin prorektoru Con Qrattan imzalamışlar.
Memoranduma əsəsən, bu tədris ilindən başlayaraq universitetlər arasında tələbə və professor heyətinin mübadiləsi həyata keçiriləcəkdir. Növbəti beş il ərzində bu ali məktəblər elmi mübadilənin bütün istiqamətləri, o cümlədən kitab və nəşr mübadiləsi, qarşılıqlı maraq doğuran mövzular üzrə elmi toplantıların və araşdırmaların, görüşlərin və sərgilərin təşkili sahələrində əməkdaşlıq edəcəklər.
1872-ci ildə təsis edilmiş Aberistvis Universiteti beynəlxalq siyasət ixtisası üzrə təhsil verən dünyanın ən ilk ali məktəblərindən biridir.
Fariz
İsmayılzadənin sözlərinə görə,
hazırda Uelsin aparıcı universitetlərindən bir olan
Aberistvis beynəlxalq münasibətlərlə yanaşı,
digər ixtisasların mükəmməl tədrisi sahəsində
də seçilir. ADA hər
il Uelsə iki tələbə
göndərməyi planlaşdırır. O demişdir:
"ADA-nın tələbələri daha
bir aparıcı xarici
universitetdə mübadilə proqramı ilə təhsil almaq imkanı qazanmışlar. Diplomatiyanı
bu sahədə bir əsrə
yaxın tədris təcrübəsinə malik
universitetdə öyrənməklə yanaşı, onlar həm də mədəni mübadilədən
bəhrələnə biləcəklər".
Azərbaycan.-2013.- 23 iyul.- S.4.