ALLAHIM, NƏYDİ GÜNAHIM?!
Ağdamın
işğalının 20 il keçir
Deyirlər, Allahın haqq divanı və ədalət tərəzisi var!
İnsanların törətdikləri günahları və etdikləri savab işləri mələklər onların sol və sağ çiyinlərinə yazırlar.
Məşhər günündə haqq-ədalət divanı qurulur!
Günahlar ədalət tərəzisinin bir gözünə, savab işlər isə başqa gözünə yığılır!
Tərəzinin tərəflərinin ağır- yüngüllüyündən asılı olaraq, başqa sözlə, insanlar yaşadıqları dövrdə tutduqları əməllərin və gördükləri işlərin müqayisəli nəticəsi əsasında Cənnətə, yaxud Cəhənnəmə göndərilirlər!
Bütün bunlar Haqq dünyasında baş verir!
Allah-taala bu dünyada da bəndələrini istədiyi vaxtda, istədiyi kimi cəzalandıra bilər!
Və görünür, bir milyondan artıq qaçqın və məcburi köçkün də Allahın qəzəbinə tuş gəldiklərindən bu dünyada, həm də belə ağır cəzalandırılırlar!
ALLAHIM, NƏYDİ GÜNAHIM?!
Hansı əməllərimiz səni bu qədər qəzəbləndirdi, elə bizi bu dünyadaca cəzalandırmağa vadar etdi?!
* Ola bilər ki, yolunu lazımınca tutmamışıq, bəlkə də hərdən varlığını unutmuşuq!
* Ola bilər ki, valideynlərimizə kifayət qədər itaət edib, ovladlarımıza borclu olduğumuz qayğını göstərməmişik!
* Ola bilər ki, haramı halala qatmışıq, nəfsimizə hakim kəsilmədiyimizdən insanları haqsız yerə çox incitmişik!
* Ola bilər ki, bizdən kömək umanlara təmənnasız əl uzatmamışıq!
* Ola bilər ki, qohum-qardaşın, dost-tanışın varlısı ilə kasıbı arasında çox fərq qoymuşuq!
* Ola bilər ki, Seyid Lazım Ağanın cəddinə
yalandan da and içmişik!
* Mümkündür!
Həyatdır, insandı
r, nəfsi-təmənnası olur!
Barmaqların da beşi bir
boyda deyil ki?!
Sənə qurban olum, ay
Allah! Axı, ucdantutma hamımız
belə olmamışıq?
İçimizin yaxşıları
da çoxdur!
Bir də niyə qurunun oduna bu qədər
yaş da yanmalıdır?!
Məgər ermənilər də bizim kimi deyildilərmi? Əslində,
onlar daha betərdilər və dünyada alçaqlığın,
riyakarlığın, rəzilliyin,
yalançılığın və şərəfsizliyin
simvoluna çevriliblər!
Qarabağ müharibəsində isə nəinki insanlıqlarını, hətta
öz Allahlarını
da unutdular:
* Xocalı, Qaradağlı,
Bağanis-Ayrım və
digər soyqırımıları
törətdilər!
* Əsirlərin, girov düşmüş dinc sakinlərin, uşaqların
başına olmazın
müsibətlərini, fəlakətlərini
gətirdilər!
* Yüz minlərlə insanın əynindən və boğazından kəsdiyi, alın təri və əl qabarı ilə tikdirdiyi ev-eşiyini qarət edib dağıtdılar, malına-mülkünə od vurub yandırdılar, kəndləri,
qəsəbə və
şəhərləri bayquşlar
ulayan xarabalıqlara çevirdilər!
* Yüz minlərlə insanı uzun müddət ilan mələyən düzlərdə
salınmış çadır
şəhərciklərində, yeraltı qazmalarda, heç bir şəraiti olmayan ictimai binalarda yaşamağa vadar etdilər!
* Anaları oğulsuz, gəlinləri ərsiz, uşaqları atasız qoydular!
Müqəddəs kitabımız Quranda yetimə kömək göstərmək, dul qadınlara yardım əli uzatmaq, köməksiz qocalara həyan durmaq savab sayılır.
Bəs,
uşaqları yetim qoymaq, cavan gəlinləri
ər çörəyi
yeməkdən məhrum
etmək, qoca ata-anaların oğullarını
öldürərək ömürlərinin son günlərini
tənha yaşamağa
məcbur etmək günah deyilmi?
Bəs, bu gunahı törədənlərin
cəzası hanı?
Yaxşı qidalanmamaqdan xəstəliklər
tapan, oxumaq imkanı olmadığından
ömürlük fəhləliyə
məhkum edilən, nişanlısı şəhid
getdiyindən ata evində qalıb qarıyan, vaxtında ailə qura bilmədiyindən həyatı
puç olan insanların bədbəxtliklərinin
haqq-hesabı nə zaman çəkiləcək?
İyirmi ildir "Yasin" səsinə həsrət
qalan qəbiristanlıqların,
daşları oğurlanaraq
aparılan qəbirlərin,
doğulduğu kəndin
qəbiristanlığında əbədi uyumaq üçün özünü
müvəqqəti dəfn
etdirən və gorbagor olunmasını vəsiyyət edən məcburi köçkünlərin
qisasını qiyamət
gününə saxlamaq
olarmı, Allahım?!
Dövlətimiz məcburi köçkünün
insan kimi yaşaması, yarasının
qaysaq bağlaması üçün nə lazımdırsa edib və edir:
* Çadır şəhərcikləri
çoxdan ləğv
olunub, əvəzində
78 yeni tipli qəsəbə salınaraq
məcburi köçkünlərə
təmirli evlər və mənzillər verilib.
* Məcburi köçkünün
normal yaşamasına yardım
göstərilir - aylıq
çörəkpulu verilir,
elektrik enerjisi, qaz sərfiyyatının xərclərini hökumət
çəkir.
* Məcburi köçkün
övladları təhsil
haqqından azad olunur.
* Şəhid ailələrinə
xüsusi müavinət
verilir.
* Müharibə veteranlarına,
protezə ehtiyacı olan əlillərə daim qayğı göstərilir.
*
2014-cü ilədək məcburi
köçkünlərin bütün
problemlərinin həll
olunacağı sonuncu
Dövlət Proqramı
qəbul edilib və uğurla həyata keçirilir.
* Problemlərin hərb yolu ilə həlli
üçün müasir
və modern ordu yaradılıb və 26 iyun paradında Milli Ordumuz öz
gücünü, yeni
silahlarını, habelə
potensial imkanlarını
nümayiş etdirdi.
AMMA
SƏN İŞƏ QARIŞMASAN, PROBLEMİN
HƏLLİNƏ NÖQTƏ QOYULACAĞI MÜŞKÜL
GÖRÜNÜR, ALLAHIM!
Yaxşı bilirsən niyə?!
Biz məcburi köçkünlər
bu bəladan necə qurtulaq, doğma torpaqlara necə
qayıdaq?
Axı,
hər şey sənin əlindədir, Allahım!
Axı,
bir gecədə hər şeyi dəyişdirmək qüdrətindəsən!
Amma nə edək ki, bizim hövsələmiz
dar, sənin səbrin isə genişdir...
Allahımız, nəydi bizim günahımız?
Onu necə
yuyaq, nə sayaq təmizləyək?!
20 min şəhid
qanı kifayət etmədimi?
Görəsən o, necə böyük
günahdır ki, hələ də cəzası bitməyib, indi də davam
edir!
Artıq
bu çoxstandartlı
dünyada ümiddən
başqa heç nəyimiz qalmayıb bizim, Allahım!
Amandır! Qoyma o da yox olsun!!!
Son damla ümidimiz itməmiş qaytar bizi doğma yurd-yuvamıza, Allahım!!!
Qaytar bizi təkcə bünövrəsi görünən
dağılmış evlərimizə!
Qaytar bizi xaraba kənd
və qəsəbələrimizə!
Qaytar bizi viran edilmiş
qəbiristanlıqlarımıza!
Qaytar bizi qanqal basmış
torpaqlarımıza!
Qaytar bizi ocağı sönmüş ata-baba yurdumuza!
Onsuz da çoxumuz qırılmışıq, heç
olmasa yerdə qalanlarçün gec olmasın!
Heç
olmasa qaçqın kimi doğulan övladlarımız "yerli"
olmağın şərəfini
duysun!
Axı,
sən Allahsan!
Axı,
sən yeri-döyü
xəlq edənsən!
Axı,
sən adilsən, aqilsən, ədalətlisən,
bağışlaya bilənsən!
Noolar, bir milyon binəsibə rəhm elə!
Axı,
səbrin, cəzan kimi
ədalətin də böyükdür!
Tez göstər bizə ədalətini!
Tez göstər bizə gücünü!
Tez göstər bizə qudurmuşların cəzalandırılmasını!
Tez göstər bizə cızığından çıxanların
düz yola qaytarılmasını!
Keç
günahımızdan, Allahım!
Bilirik, günahların da ağırı və nisbətən yüngülü
olur!
Bilirik ki:
* Başqasını həyatdan
məhrum etməklə
Allahın ona verdiyi ömrü zorla geriyə almaq;
* İnsanlara ağır fiziki işgəncələr
və mənəvi əzablar vermək;
* Başqasının əmlakına
zorla sahib çıxmaq;
* Özgələrin ev-eşiyini
yandırıb dağıtmaq,
mal-mülkünü çapıb-talamaq;
* Dini məbədləri, məscid və kilsələri uçuraraq
xaraba qoymaq;
* İnsanların müqəddəs
sayaraq ziyarət etdikləri məqbərə,
pir və qəbir yerlərini dağıdıb təhqir
etmək;
* Qəbiristanlıqları viran
qoymaq, qəbir daşlarını söküb
aparmaq;
* Ən nəhayət, insanları dini mənsubiyyətinə görə kütləvi
şəkildə - qadın,
uşaq, qoca, cavan olmasına baxmadan soyqırımına
məruz qoymaq ən ağır dünahlardandır!
Erməni
başqalarına arxalanaraq
bütün bu müsibətləri bizim başımıza gətirib!
Erməni
heç vaxt öz ağzı ilə hürməyib!
Allahım, qarşında günahkar
olduğumuza
görə
bizə Vətəndə
vətənsiz qalmaq, məcburi köçkün
həyatı sürmək
cəzası vermisən!
Məsləhət səninkidir!
Yerin, göyün sahibi, haqq-ədalət divanının
ən adil hökmdarı
Sənsən!
Bunu bilirik və Sənə itaət edirik!
Bəs, azğın
erməninin cəzası
haçan veriləcək?!
Axı,
bizim onunla heç bir işimiz yox idi!
Onlar bizimlə başladı!
Biz cəzamızı bu dünyada çəkiriksə, bəs
erməni əməllərinin
əvəzini nə zaman alacaq?!
YOXSA
İKİLİ STANDART GÖYLƏRƏ DƏ QALXIB!
Ulu Tanrımız! Biz bəndələr
Sənin işinə qarışa bilmərik!
Dünyanın ədalətsizliyindən, onun ikibaşlı oyunlarından bezərək
ətəyindən tutmuşuq:
Bizə verdiyin cəza yetməzmi?
Bəlkə erməniləri və
onların havadarlarını
da əvvəlcə bu dünyada haqq-ədalət divanına çəkəsən?
Bizim cəzalanmağımızı isə dayandırasan!
Axı,
sən Allahsan!
Ağdamın işğalının 20 ili də
tamam oldu!
Qara
"yubileyləri" haçanacan
keçirəcəyik!
Bunu ancaq sən bilirsən, Allahım!
Şükür böyüklüyünə!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2013.- 23 iyul.- S.6.