Dairə seçki
komissiyasının REQLAMENTİ
Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının
18
iyun 2013-cü il tarixli 6/45 saylı Qərarı ilə təsdiq
edilmişdir
Dairə seçki komissiyası iclaslarının keçirilməsi qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 19-cu, 34-cü maddələrinə və bu Reqlamentə əsasən müəyyən edilir.
1. Ümumi müddəalar
1.1. Dairə seçki komissiyası Seçki Məcəlləsi ilə müəyyən olunmuş məsələləri öz səlahiyyətləri çərçivəsində iclasa çıxarır, müzakirə edir və mahiyyəti üzrə qərarlar qəbul edir.
1.2. Dairə seçki komissiyasının iclasları Azərbaycan Respublikasının dövlət dilində aparılır, iclas protokolları və qərarlar həmin dildə tərtib edilir.
2. Dairə seçki komissiyasının iclaslarına dair ümumi tələblər
2.1. Dairə seçki komissiyasının iclaslarının çağırılması və təşkili
2.1.1. Dairə seçki komissiyasının iclasları dairə seçki komissiyası sədrinin təşəbbüsü ilə və ya həlledici səs hüquqlu komissiya üzvlərinin (bundan sonra - komissiya üzvləri) azı 1/3-nin tələbi ilə çağırılır. Bu cür tələb dairə seçki komissiyası sədrinə ünvanlanan yazılı müraciət əsasında olmalıdır.
2.1.2. Dairə seçki komissiyasının iclası və həmin iclasda baxılacaq məsələlər haqqında komissiyanın üzvləri komissiyanın sədri tərəfindən iclasın keçirilməsindən 5 gün əvvəl, lakin iclasın keçirilməsinə ən azı 3 gün qalmış xəbərdar edilirlər. Dairə seçki komissiyası iclasının vaxtı haqqında məlumat və həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar layihələri və digər sənədlər komissiya üzvlərinə yazılı formada və ya elektron kommunikasiya vasitələri ilə şəxsən, səsverməyə 5 gündən az qalmışdırsa, 24 saat müddətində, səsvermə günü isə dərhal və şəxsən çatdırılır.
2.1.3. Dairə seçki komissiyasının iclası səlahiyyətli tərkibdə formalaşmış komissiya üzvlərinin 2/3-si iştirak etdikdə səlahiyyətli hesab olunur.
2.1.4. Dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri xəstələnmə və digər üzrlü səbəblər istisna edilməklə, seçki komissiyasının bütün iclaslarında iştirak etməyə borcludur.
2.1.5. Dairə seçki komissiyasının iclasında komissiyanın əvəzedici üzvləri, Mərkəzi Seçki Komissiyasının üzvləri və Katibliyinin əməkdaşları, dairə seçki komissiyası katibliyinin əməkdaşları, dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər iştirak edə bilərlər.
2.2. Dairə seçki komissiyası iclasının gündəliyinin müəyyən olunması, məruzə və müzakirələrin təşkil edilməsi qaydası
2.2.1. İclasın gündəliyi dairə seçki komissiyasının sədri tərəfindən müəyyən edilir, komissiya tərəfindən təsdiq edilir. Gündəliyə komissiya üzvlərinin 1/3-nin tələbi ilə də məsələ daxil edilə bilər. Dairə seçki komissiyası üzvlərinin 1/3-nin tələbi ilə seçkilərlə bağlı hər hansı bir məsələ komissiyanın sədrinə ünvanlanan yazılı müraciət əsasında iclasın gündəliyinə daxil edilməlidir.
2.2.2. Dairə seçki komissiyasının iclaslarında baxılan məsələlər üzrə, bir qayda olaraq, komissiyanın katibləri məruzə edirlər.
2.2.3. Dairə seçki komissiyasının sədri komissiyanın üzvləri arasından məruzəçi təyin edə bilər.
2.2.4. Dairə seçki komissiyasının iclasında məruzə üçün 10 dəqiqəyədək, əlavə məruzə üçün 5 dəqiqəyədək, məsələlərə dair müzakirə üçün 5 dəqiqəyədək, müxtəlif sənəd layihələrinin müzakirəsi üçün 5 dəqiqəyədək, arayış, müraciət və açıqlama vermək üçün 2 dəqiqəyədək vaxt verilir.
2.2.5. Dairə seçki komissiyasının sədri məsələlərin mahiyyəti üzrə müzakirəsi üçün yuxarıda göstərilən müddətləri komissiya üzvlərinin təklifi ilə artıra bilər.
2.2.6. Məruzəçi zəruri sənəd və materialları toplayır, məsələyə hərtərəfli, tam və obyektiv baxılması üçün lazımi tədbirləri görür, məsələ üzrə məruzə hazırlayır.
2.3. Dairə seçki
komissiyası iclasının aparılma qaydaları
2.3.1. Dairə seçki komissiyası iclasında sədrlik edən aşağıdakı hərəkətləri edir:
2.3.1.1. iclası açıq elan edir və gündəliyə çıxarılan məsələlər haqqında komissiyanın üzvlərinə məlumat verir, gündəliyə əlavə təkliflərin olub-olmamasını aydınlaşdırır;
2.3.1.2. iclasın gündəliyindəki məsələlərin müzakirəsini təşkil edir;
2.3.1.3. komissiyanın üzvlərinə, həmçinin iclasa dəvət edilmiş digər şəxslərə çıxış üçün növbə ilə söz verir;
2.3.1.4. komissiya üzvlərinin və dəvət olunmuş şəxslərin mahiyyəti üzrə çıxış etmələrini və bu Reqlamentə əməl etmələrini təmin edir, əks halda müvafiq tələblərə əməl edilməsini onlardan tələb edir (buna zərurət olduqda çıxışı da kəsə bilər);
2.3.1.5. qərarları səsə qoyur;
2.3.1.6. iclas başa
çatdıqda iclası
bağlı elan edir.
2.4. Dairə seçki komissiyası üzvlərinin iclasda hərəkətləri
2.4.1. Aşağıdakılar dairə seçki komissiyasının üzvləri tərəfindən tələb edilə bilər:
2.4.1.1. iclasın keçirilməsi, iclasda baxılan məsələlər və onlara aid müvafiq qərar layihələri barədə əvvəlcədən məlumatlandırılmaq;
2.4.1.2. iclasın gündəliyinə çıxarılan məsələlərlə tanış olmaq;
2.4.1.3. lazımi arayış və məlumatların əldə edilməsi;
2.4.1.4. normativ sənədlərin layihələri ilə tanış olmaq;
2.4.1.5. bu Reqlamentə uyğun məruzə və çıxışlar etmək, müzakirələrdə iştirak etmək;
2.4.2. Komissiyanın üzvləri aşağıdakılara riayət etməlidirlər:
2.4.2.1. xəstələnmə halları və digər üzrlü səbəblər istisna olmaqla, dairə seçki komissiyasının bütün iclaslarında iştirak etmək;
2.4.2.2. komissiyada dairə seçki komissiyası sədrinin iş bölgüsü əsasında fəaliyyət göstərmək;
2.4.2.3. bu
Reqlamentin müddəalarına
əməl etmək;
2.4.2.4. çıxış üçün onlara ayrılmış vaxtdan səmərəli istifadə
etmək;
2.4.2.5. etik normalara
riayət etmək.
2.4.3. İclas zamanı dairə seçki komissiyası üzvünün
etik qaydalara riayət etməməsi, iclası pozmağa cəhd göstərməsi,
etiraz əlaməti olaraq iclas yerini
tərk etməsi və sair bu
kimi hərəkətlər
yolverilməzdir. Belə hallar
baş verdikdə bu barədə Mərkəzi Seçki Komissiyasına məlumat verilir.
2.4.4. Dairə seçki komissiyasının üzvü
ona həvalə edilən xidməti sənədləri hərtərəfli
araşdırır və
nəticəsi barədə
tərtib olunmuş arayışı qanunvericiliklə
müəyyən olunmuş
qaydada dairə seçki komissiyasının
katibliyinə qaytarır.
2.5. Dairə
seçki komissiyasının
iclaslarında qərarların
qəbuledilmə qaydaları
2.5.1. Dairə seçki komissiyası öz səlahiyyətləri daxilində
müzakirəyə çıxarılan
hər bir məsələ ilə bağlı qərar qəbul edir.
2.5.2. Qərar layihəsinə baxılarkən dairə seçki komissiyasının
üzvləri əsas
və əlavə məruzəçiləri dinləyir
və layihə ətrafında müzakirə
aparırlar.
2.5.3. Dairə seçki komissiyasının üzvləri
tərəfindən əsas
götürülmüş qərar layihəsi bütövlükdə və
ya hissəvi müzakirə olunur, lazım gələrsə,
layihədə düzəlişlər
edilir və o, bütövlükdə səsə
qoyulur.
2.5.4. Səsvermə zamanı qərar layihəsinə yalnız dairə seçki komissiyasının
üzvləri tərəfindən
düzəlişlər edilə
bilər.
2.5.5. Səsvermədə dairə
seçki komissiyasının
üzvü bir səsə malik olmaqla, şəxsən və
açıq səs verir.
2.5.6. Dairə seçki komissiyasının qərarları
iclasda 9 üzv iştirak etdikdə - azı 6 üzvün, 8 və ya 7 üzv
iştirak etdikdə -
azı 5 üzvün,
6 üzv iştirak etdikdə - azı 4 üzvün səs çoxluğu ilə qəbul olunur.
2.5.7. Dairə seçki komissiyasının qərarları
24 saat ərzində komissiyanın məlumat lövhəsində asılmaq
yolu ilə dərc edilir və dərc edildiyi gündən qüvvəyə minir.
2.6. Dairə
seçki komissiyası
qərarlarının rəsmiləşdirilməsi
2.6.1. Dairə
seçki komissiyasının
iclasında səsə
qoyulmuş məsələ
üzrə səsvermənin
nəticəsi və qəbul edilmiş qərar komissiyanın sədri tərəfindən
elan olunur və bu, iclas
protokoluna daxil edilir.
2.6.2. Dairə seçki komissiyasının qərarları
və iclas protokolları komissiyanın
sədri və katibləri tərəfindən
imzalanır.
2.6.3. Adları çəkilən
şəxslər qərarı
və ya protokolu imzalamadıqda, onları bu sənədlərin lehinə
səs verən komissiya üzvləri imzalayırlar.
2.6.4. Dairə seçki komissiyası iclaslarının
protokolları təsdiq
olunmaq üçün
iclasa ən azı 24 saat qalmış (seçki günü isə gecikdirilmədən) komissiya
üzvlərinə paylanılır
və komissiyanın növbəti iclaslarının
birində qərarla təsdiq olunur (bu məsələ komissiyanın iclas gündəliyinə birinci
məsələ kimi daxil edilir).
2.6.5. Dairə seçki komissiyasının qərarı
ilə razılaşmayan
komissiya üzvləri
yazılı formada xüsusi rəy bildirə bilərlər və bu rəy
komissiyanın iclas protokoluna əlavə edilir.
2.7. Dairə
seçki komissiyası
iclasının təxirə
salınması və
ya başqa vaxta keçirilməsi
2.7.1. Dairə seçki komissiyası iclasının gedişində
sədrlik edən fasilə elan edə bilər. Gündəliyə daxil edilmiş məsələlərə
bir iş günü ərzində baxmaq mümkün olmadıqda iclasda fasilə elan edilir və iclasın davam etdirilməsi vaxtı barədə məlumat verilir.
2.7.2. Aşağıdakı hallarda
dairə seçki komissiyasının iclası
təxirə salına
və ya başlanmış iclas başqa vaxta keçirilə bilər:
2.7.2.1. dairə
seçki komissiyası
üzvlərinin sayında
yetərsay olmadıqda;
2.7.2.2. məsələnin hərtərəfli, tam və
obyektiv baxılmasına
maraqlı subyektin, ekspertin, yaxud şəxslərin iştirakını
təmin etmək mümkün olmadıqda;
2.7.2.3. iclasda müzakirəyə
çıxarılan məsələlərə
aid sənəd və
materiallar dairə seçki komissiyasının
üzvlərinə təqdim
olunmadıqda və ya gecikdirildikdə;
2.7.2.4. iclasda baxılan
məsələlərin hərtərəfli,
tam və obyektiv araşdırılmasına maneçilik
törədə biləcək
başqa hallar olduqda.
3. Yekun müddəalar
3.1.
Bu Reqlament qüvvəyə mindiyi gündən Mərkəzi
Seçki Komissiyasının 21 iyul 2003-cü il tarixli 17/102
saylı Qərarı ilə təsdiq edilmiş "Dairə
seçki komissiyasının Reqlamenti" qüvvədən
düşmüş hesab edilir.
Azərbaycan.-2013.- 23 iyul.- S.9.