Məntəqə seçki
komissiyasının REQLAMENTİ
Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının
18
iyun 2013-cü il tarixli 6/46 saylı Qərarı ilə təsdiq
edilmişdir
Məntəqə seçki komissiyası iclaslarının keçirilməsi qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 19-cu, 39-cu maddələrinə və bu Reqlamentə əsasən müəyyən edilir.
1. Ümumi müddəalar
1.1. Məntəqə seçki komissiyası Seçki Məcəlləsi ilə müəyyən olunmuş məsələləri öz səlahiyyətləri çərçivəsində iclasa çıxarır, müzakirə edir və mahiyyəti üzrə qərarlar qəbul edir.
1.2. Məntəqə seçki komissiyasının iclasları Azərbaycan Respublikasının dövlət dilində aparılır, iclas protokolları və qərarlar həmin dildə tərtib edilir.
2. Məntəqə seçki komissiyasının iclaslarına dair ümumi tələblər
2.1. Məntəqə seçki komissiyasının iclaslarının çağırılması və təşkili
2.1.1. Məntəqə seçki komissiyasının iclasları məntəqə seçki komissiyası sədrinin təşəbbüsü ilə və ya komissiyanın həlledici səs hüquqlu üzvlərinin (bundan sonra - komissiya üzvləri) azı 1/3-nin tələbi ilə çağırılır. Bu cür tələb məntəqə seçki komissiyası sədrinə ünvanlanan yazılı müraciət əsasında olmalıdır.
2.1.2. Məntəqə seçki komissiyasının iclasları və həmin iclasda baxılacaq məsələlər haqqında komissiyanın üzvləri komissiyanın sədri tərəfindən iclasın keçirilməsindən 5 gün əvvəl, lakin iclasın keçirilməsinə ən azı 3 gün qalmış xəbərdar edilirlər. Məntəqə seçki komissiyası iclasının vaxtı haqqında məlumat və həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar layihələri və digər sənədlər komissiya üzvlərinə yazılı formada və ya elektron kommunikasiya vasitələri ilə şəxsən, səsverməyə 5 gündən az qalmışdırsa, 24 saat müddətində, səsvermə günü isə dərhal və şəxsən çatdırılır.
2.1.3. Məntəqə seçki komissiyasının iclası səlahiyyətli tərkibdə formalaşmış komissiya üzvlərinin 2/3-si iştirak etdikdə səlahiyyətli hesab olunur.
2.1.4. Məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri, xəstələnmə və digər üzrlü səbəblər istisna edilməklə, seçki komissiyasının bütün iclaslarında iştirak etməyə borcludur.
2.1.5. Məntəqə seçki komissiyasının iclasında komissiyanın əvəzedici üzvləri, yuxarı seçki komissiyasının üzvləri və katibliyinin əməkdaşları, məntəqə seçki komissiyası katibliyinin əməkdaşları, dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər iştirak edə bilərlər.
2.2.
Məntəqə seçki komissiyası iclasının
gündəliyinin müəyyən olunması, məruzə və
müzakirələrin təşkil edilməsi qaydası
2.2.1. İclasın gündəliyi məntəqə seçki komissiyasının sədri tərəfindən müəyyən edilir, komissiya tərəfindən təsdiq edilir. Gündəliyə komissiya üzvlərinin 1/3-nin tələbi ilə də məsələ daxil edilə bilər. Məntəqə seçki komissiyası üzvlərinin 1/3-nin tələbi ilə seçkilərlə bağlı hər hansı bir məsələ komissiyanın sədrinə ünvanlanan yazılı müraciət əsasında iclasın gündəliyinə daxil edilməlidir.
2.2.2. Məntəqə seçki komissiyasının iclaslarında baxılan məsələlər üzrə, bir qayda olaraq, komissiyanın katibləri məruzə edirlər.
2.2.3. Məntəqə seçki komissiyasının sədri komissiyanın üzvləri arasından məruzəçi təyin edə bilər.
2.2.4. Məntəqə seçki komissiyasının iclasında məruzə üçün 5 dəqiqəyədək, əlavə məruzə üçün 3 dəqiqəyədək, məsələlərə dair müzakirə üçün 5 dəqiqəyədək, müxtəlif sənəd layihələrinin müzakirəsi üçün 3 dəqiqəyədək, arayış, müraciət və açıqlama vermək üçün 2 dəqiqəyədək vaxt verilir.
2.2.5. Məntəqə seçki komissiyasının sədri məsələlərin mahiyyəti üzrə müzakirəsi üçün yuxarıda göstərilən müddətləri komissiya üzvlərinin təklifi ilə artıra bilər.
2.2.6. Məruzəçi zəruri sənəd və materialları toplayır, məsələyə hərtərəfli, tam və obyektiv baxılması üçün lazımi tədbirləri görür, məsələ üzrə məruzə hazırlayır.
2.3. Məntəqə seçki komissiyası iclasının aparılma qaydaları
2.3.1. Məntəqə seçki komissiyası iclasında sədrlik edən aşağıdakı hərəkətləri edir:
2.3.1.1. iclası açıq elan edir və gündəliyə çıxarılan məsələlər haqqında komissiyanın üzvlərinə məlumat verir, gündəliyə əlavə təkliflərin olub-olmamasını aydınlaşdırır;
2.3.1.2. iclasın gündəliyindəki məsələlərin müzakirəsini təşkil edir;
2.3.1.3. komissiyanın üzvlərinə, həmçinin iclasa dəvət edilmiş digər şəxslərə çıxış üçün növbə ilə söz verir;
2.3.1.4. komissiya üzvlərinin və dəvət olunmuş şəxslərin mahiyyəti üzrə çıxış etmələrini və bu Reqlamentə əməl etmələrini təmin edir, əks halda müvafiq tələblərə əməl edilməsini onlardan tələb edir (buna zərurət olduqda çıxışı da kəsə bilər);
2.3.1.5. qərarları səsə qoyur;
2.3.1.6. başa çatdıqda iclası bağlı elan edir.
2.4. Məntəqə seçki komissiyası üzvlərinin iclasda hərəkətləri
2.4.1. Aşağıdakılar məntəqə seçki komissiyasının üzvləri tərəfindən tələb edilə bilər:
2.4.1.1. iclasın keçirilməsi, iclasda baxılan məsələlər və onlara aid müvafiq qərar layihələri barədə əvvəlcədən məlumatlandırılmaq;
2.4.1.2. iclasın gündəliyinə çıxarılan məsələlərlə tanış olmaq;
2.4.1.3. lazımi arayış və məlumatlar əldə etmək;
2.4.1.4. normativ sənədlərin layihələri ilə tanış olmaq;
2.4.1.5. bu Reqlamentə uyğun məruzə və çıxışlar etmək, müzakirələrdə iştirak etmək.
2.4.2. Komissiyanın üzvləri aşağıdakılara riayət etməlidirlər:
2.4.2.1. xəstələnmə halları və digər üzrlü səbəblər istisna olmaqla, məntəqə seçki komissiyasının bütün iclaslarında iştirak etmək;
2.4.2.2. komissiyada məntəqə seçki komissiyası sədrinin iş bölgüsü əsasında fəaliyyət göstərmək;
2.4.2.3. bu
Reqlamentin müddəalarına
əməl etmək;
2.4.2.4. çıxış üçün onlara ayrılmış vaxtdan səmərəli istifadə
etmək;
2.4.2.5. etik normalara
riayət etmək.
2.4.3. İclas zamanı məntəqə seçki
komissiyası üzvünün
etik qaydalara riayət etməməsi, iclası pozmağa cəhd göstərməsi,
etiraz əlaməti olaraq iclas yerini
tərk etməsi və sair bu
kimi hərəkətlər
yolverilməzdir. Belə hərəkətlər
barədə dairə
seçki komissiyasına
məlumat verilir.
2.4.4. Məntəqə seçki
komissiyasının üzvü
ona həvalə edilən xidməti sənədləri hərtərəfli
araşdırır və
nəticəsi barədə
tərtib olunmuş arayışı qanunvericiliklə
müəyyən olunmuş
qaydada məntəqə
seçki komissiyasının
sədrinə qaytarır.
2.5. Məntəqə
seçki komissiyasının
iclaslarında qərarların
qəbuledilmə qaydaları
2.5.1. Məntəqə seçki
komissiyası öz səlahiyyətləri daxilində
müzakirəyə çıxarılan
hər bir məsələ ilə bağlı qərar qəbul edir.
2.5.2. Qərar
layihəsinə baxılarkən
məntəqə seçki
komissiyasının üzvləri
əsas və əlavə məruzəçiləri
dinləyir və layihə ətrafında müzakirə aparırlar.
2.5.3. Məntəqə seçki
komissiyasının üzvləri
tərəfindən əsas
götürülmüş qərar layihəsi bütövlükdə və
ya hissəvi müzakirə olunur, lazım gələrsə,
layihədə düzəlişlər
edilir və o, bütövlükdə səsə
qoyulur.
2.5.4. Səsvermə
zamanı qərar layihəsinə yalnız məntəqə seçki
komissiyasının üzvləri
tərəfindən düzəlişlər
edilə bilər.
2.5.5. Səsvermədə məntəqə
seçki komissiyasının
üzvü bir səsə malik olmaqla, şəxsən və
açıq səs verir.
2.5.6. Məntəqə seçki
komissiyasının qərarları
komissiyanın iclasında
6 və ya 5 üzv iştirak etdikdə - azı 4 üzvün, 4 üzv iştirak etdikdə - azı 3 üzvün onun lehinə səs verməsi nəticəsində qəbul
edilir.
2.5.7. Məntəqə seçki
komissiyasının qərarları
12 saat ərzində komissiyanın məlumat lövhəsində asılmaq
yolu ilə dərc edilir və dərc edildiyi gündən qüvvəyə minir.
2.6. Məntəqə
seçki komissiyası
qərarlarının rəsmiləşdirilməsi
2.6.1. Məntəqə seçki
komissiyasının iclasında
səsə qoyulmuş
məsələ üzrə
səsvermənin nəticəsi
komissiyanın sədri
tərəfindən elan
olunur və bu, iclas protokoluna
daxil edilir.
2.6.2. Məntəqə seçki
komissiyasının qərarları
və iclas protokolları komissiyanın
sədri və katibləri tərəfindən
imzalanır.
2.6.3. Adları çəkilən
şəxslər qərarı
və ya protokolu imzalamadıqda, onları bu sənədlərin lehinə
səs verən komissiya üzvləri imzalayırlar.
2.6.4. Məntəqə seçki
komissiyası iclaslarının
protokolları təsdiq
olunmaq üçün
iclasa ən azı 24 saat qalmış (seçki günü isə gecikdirilmədən) komissiya
üzvlərinə paylanılır
və komissiyanın növbəti iclaslarının
birində qərarla təsdiq olunur (bu məsələ komissiyanın iclas gündəliyinə birinci
məsələ kimi daxil edilir).
2.6.5. Məntəqə seçki
komissiyasının qərarı
ilə razılaşmayan
həlledici səs hüquqlu komissiya üzvləri yazılı
formada xüsusi rəy bildirə bilərlər və bu rəy komissiyanın
iclas protokoluna əlavə edilir.
2.7. Məntəqə
seçki komissiyası
iclasının təxirə
salınması və
ya başqa vaxta keçirilməsi
2.7.1. Məntəqə seçki
komissiyası iclasının gedişində
sədrlik edən fasilə elan edə bilər. Gündəliyə daxil edilmiş məsələlərə
bir iş günü ərzində baxmaq mümkün olmadıqda iclasda fasilə elan edilir və iclasın davam etdirilməsi vaxtı barədə məlumat verilir.
2.7.2. Aşağıdakı hallarda məntəqə seçki komissiyasının iclası təxirə salına və ya başlanmış iclas başqa vaxta keçirilə bilər:
2.7.2.1. məntəqə seçki komissiyası üzvlərinin sayında yetərsay olmadıqda;
2.7.2.2. məsələnin hərtərəfli, tam və obyektiv baxılmasına maraqlı subyektin, ekspertin, yaxud şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda;
2.7.2.3. iclasda müzakirəyə çıxarılan məsələlərə aid sənəd və materiallar məntəqə seçki komissiyasının üzvlərinə təqdim olunmadıqda və ya gecikdirildikdə;
2.7.2.4. iclasda baxılan məsələlərin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədə biləcək başqa hallar olduqda.
3. Yekun müddəalar
3.1.
Bu Reqlament qüvvəyə mindiyi gündən Mərkəzi
Seçki Komissiyasının 21 iyul 2003-cü il tarixli 17/103
saylı Qərarı ilə təsdiq edilmiş "Məntəqə
seçki komissiyasının Reqlamenti" qüvvədən
düşmüş hesab edilir.
Azərbaycan.-2013.- 23 iyul.- S.9.