Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏLİYEVƏ
Zati-aliləri, möhtərəm cənab
Prezident!
Düşünülmüş, sürətli və davamlı inkişaf yolu ilə irəliləyən Azərbaycan son ildə bir sıra möhtəşəm
uğurlara imza atmışdır. Ölkə iqtisadiyyatı
3 dəfə yüksəlmiş,
dövlət büdcəsi
25 milyard dolları keçmiş, ölkənin
strateji valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşmış,
işsizlik 49 faizdən
5 faizədək enmiş,
əməkhaqları artmış,
quruculuq-abadlıq işləri
görünməmiş vüsət
almışdır. İqtisadi
sahədə keçid
dövrünü başa vuraraq inkişaf etmiş ölkələr
sırasına qoşulmağı hədəfə
alan Azərbaycan 155 dövlətin dəstəyi
ilə BMT Təhlükəsizlik
Şurasının üzvü
seçilmiş, dünyada
söz sahibinə çevrilmişdir.
İnvestisiya qoyulan ölkədən xaricə investisiya yatıran dövlətə
çevrilən Azərbaycan
bir sıra beynəlxalq layihələrin təşəbbüsçüsü
və maliyyələşdirənidir.
İqtisadi, siyasi, mədəni, idman və digər
sahələrdə qazanılan
uğurlar bütün
ölkə vətəndaşları
kimi, biz jurnalistləri
də hədsiz dərəcədə sevindirir. 15 il bundan əvvəl ulu öndər Heydər Əliyev tərəfindən
mətbuata senzura nəzarətinin ləğv
edilməsi ölkəmizdə
həqiqi mətbuat və söz azadlığının bərqərar
olması ilə nəticələnmişdir. Siz
Heydər Əliyev siyasi
kursunun ən layiqli davamçısı
olmaqla bu sahədə də bir sıra
yeniliklərə müəlliflik
etmisiniz. Məhz Sizin rəhbərliyiniz
və iradəniz sayəsində ayrı-ayrı
qəzetlərin mətbəələrə
borcları dövlət
hesabına silinmiş,
jurnalistlərin kütləvi
şəkildə dövlət
mükafatları və
fəxri adlarla təltif edilməsi ənənəsi yaranmış,
KİV-in inkişafına Dövlət
Dəstəyi Fondu fəaliyyətə başlayaraq
mətbuatın maddi-texniki
bazasının möhkəmlənməsinə
və jurnalistlərin
sosial rifahının yüksəlməsinə
yeni töhfələr
vermişdir.
Möhtərəm cənab Prezident!
Azərbaycan iqtidarı insana qayğı sahəsində
də dünya liderləri cərgəsindədir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi nəticəsində doğma
el-obasını tərk
etmək məcburiyyətində
qalan yüz minlərlə insan çox ağır və çətin şəraitdə yaşayırdı.
Xalqın böyük
dəstəyi ilə dövlət
başçısı seçildiyiniz
ilk illərdə "Bir
nəfər də olsun çadır şəhərciyində yaşayan məcburi köşkün
qalmayacaqdır!" bəyanatını verdiniz. Vədinizi vaxtından
da qabaq və şərəflə
yerinə yetirdiniz. Artıq nəinki ölkə ərazisindəki
çadır şəhərcikləri
ləğv edilmiş,
78 müasir tipli, hər cür infrastruktura malik yeni qəsəbələr
salınaraq
ictimai binalarda, kommunal şəraiti olmayan yerlərdə məskunlaşan məcburi
köçkün ailələri
təmirli evlər və mənzillərlə
təmin olunmuşlar.
Sizin imzaladığınız
Dövlət Proqramına
əsasən, 2014-cü ilədək
məcburi köçkünlərin
mənzil problemləri
tamamilə həll ediləcəkdir. Respublikanın bütün bölgələrində
yaşayan Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri də müntəzəm və planlı şəkildə
yeni mənzillərə
və evlərə köçürülürlər.
Çox
hörmətli cənab
Prezident!
2010-cu il iyul ayının
22-də Azərbaycan Milli
Mətbuatının yaranmasının
135 illik yubileyi münasibətilə Sizin
tapşırığınız əsasında Mətbuat Şurası üçün tikilmiş,
müasir və analoqu olmayan binanın açılışını
etdiniz, Mətbuat Şurası İdarə Heyəti üzvləri ilə görüşdünüz.
Bizim üçün
unudulmaz olan həmin görüşdə
qayğı və problemlərimizlə maraqlandınız, jurnalistlərin
sosial durumunun, mənzil şəraitinin yaxşılaşdırılması barədə xahişimizi dinlədiniz. Yenə də dünyada analoqu olmayan addım! Elə həmin gün, bir neçə saatdan sonra jurnalistlər üçün
ayrıca binanın tikilməsi üçün
Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait
ayırdınız. Yubiley şənliyində
iştirak etmək üçün "Gülüstan" sarayına toplaşmış jurnalistlərə
Sizin sərəncamınız
barədə informasiya
verilərkən keçirdiyimiz sevinc və qürur hissini təsəvvür etmək
çox çətindir!
Azərbaycan yenə də ilkinə imza atmışdır! Dünyanın heç
bir yerində jurnalistlərə belə
qayğı göstərilmir,
dövlət hesabına
bina inşa etdirilərək təmir olunmaqla onlara təmənnasız paylanılmır.
Əziz
Prezidentimiz!
156 Azərbaycan jurnalisti həmin binada ev almaq
səadəti yaşadı!
Siz qırmızı lenti kəsərək xeyir-duanızı
verdiniz. Eyni zamanda,
biz jurnalistlər üçün
daha bir binanın təməlqoyma
mərasimində iştirak
etdiniz. Deməli,
tezliklə daha
onlarla jurnalist yeni mənzillərdə yaşaya biləcəkdir!
"Azərbaycan" qəzetinin
beş nəfər
əməkdaşına da
yeni mənzilə köçmək xoşbəxtliyi
qismət olmuşdur. Onlar Rizvan Cəfərov,
Fərman Bağırov,
Rəsmiyyə Qarayeva,
Daşdəmir Tağıyev
və Flora Xəlilovadır.
Bu münasibətlə redaksiyada şənlik keçirdik, bayram etdik.
Bu sevinc və səadəti kollektivimizə
Siz bəxş etdiniz! Buna görə Sizə sonsuz təşəkkür və
minnətdarlığımızı bildiririk! Siz bununla həm
də "Jurnalistlərin
dostu" olduğunuzu
bir daha əyani şəkildə
təsdiq etdiniz!
Qarşıdan növbəti Prezident seçkiləri gəlir.
Azərbaycanın müstəqilliyini
və sürətli inkişafını istəyənlər,
dövlətimizin qüdrətli,
ölkə vətəndaşlarının
firavan yaşayışını
arzu edənlər artıq öz seçimlərini
dəqiqləşdirmişlər. Azərbaycan xalqı növbəti beş
ildə də Sizi dövlət sükanı arxasında görmək istəyir! Bu inamı
və etimadı Siz onillik fəaliyyətiniz
nəticəsində Azərbaycan
dövlətçiliyi və
xalqı yolunda gördüyünüz nəhəng
işlər sayəsində
qazanmısınız. Əminik ki, hələ uzun illər Sizin rəhbərliyiniz altında
çalışmaqla Azərbaycanın
yeni böyük nailiyyətlərinin şahidi
olacaq, onun təbliğatçısı və
tərənnümçüsü missiyasını
sevinc və həvəslə həyata
keçirərək müasir
tariximizin yazılmasında bilik və bacarığımızı
əsirgəməyəcəyik.
Zati-aliləri, Sizə möhkəm cansağlığı,
coxcəhətli, gərgin
və səmərəli fəaliyyətinizdə
daha böyük uğurlar arzulayırıq!
Böyük hörmət və
ehtiramla,
Bəxtiyar SADIQOV,
"Azərbaycan"
qəzetinin baş redaktoru,
Milli Məclisin deputatı
Azərbaycan.-2013.- 24 iyul.- S.1.