«Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanunununbu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanunununbu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanını "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 12 dekabr tarixli 509-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanunununbu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, III kitab, maddə 616; 2005, ¹ 12, maddə 1099; 2006, ¹ 5, maddə 400, ¹ 12, maddə 1034; 2007, ¹ 4, maddə 323, ¹ 12, maddə 1225; 2008, ¹ 11, maddə 972; 2009, ¹ 3, maddə 163, ¹ 4, maddə 226, ¹10, maddə 780; 2010, ¹ 7, maddə 610; 2011, ¹7, maddə 631) aşağıdakı dəyişikliklər edilsin:

 1. 1.1-ci bənddə "106.1.9-cu, 106.1.10-cu və 122.3-cü" sözləri "102.1.21-ci, 106.1.9-cu, 106.1.10-cu, 106.1.12-ci, 106.1.13-cü, 122.3-cü, 164.1.8-ci, 164.1.15-ci (birinci halda), 164.1.16-cı (birinci halda), 199.7-ci, 199.8-ci, 207.3-cü və 207.4-cü" sözləri ilə əvəz edilsin;

2. 1.2-ci bənd üzrə:

2.1. "23.1.3-cü," sözlərindən sonra "23.1.15-2-ci," sözləri, "102.1.14.1-ci," sözlərindən sonra "102.1.14.2-ci," sözləri əlavə edilsin;

2.2. "124.4-cü," sözləri çıxarılsın;

2.3. "və 220.8-ci maddələrində" sözləri "maddələrində, 218.2-ci maddəsinin beşinci hissəsində və 220.8-ci maddəsində" sözləri ilə əvəz edilsin;

 3. 1.4-cü bənd üzrə:

3.1. "16.1.10-cu" sözləri "15.1.15-1-ci, 16.1.10-cu maddələrində, 16.3-cü maddəsinin birinci cümləsində" sözləri ilə əvəz edilsin;

3.2. "33.7-ci" sözləri çıxarılsın;

3.3. ", 34.1-ci" sözləri "maddələrində, 34.1-ci maddəsinin yeddinci hissəsində və səkkizinci hissəsinin ikinci cümləsində" sözləri ilə əvəz edilsin;

3.4. "221.4.6-cı" sözlərindən əvvəl "221.3.1-ci," sözləri əlavə edilsin;

 4. 1.20-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.21-ci və 1.22-ci bəndlər əlavə edilsin:

"1.21. həmin məcəllənin 164.1.15-ci (ikinci halda) və 164.1.16-cı (ikinci halda) maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirir;

1.22. həmin məcəllənin 33.3-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.";

5. 2-ci hissənin dördüncü bəndi ləğv edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyul 2013-cü il

Azərbaycan.-2013.- 24 iyul.- S.2.