Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq
edilmiş «Azərbaycan
Respublikasının Vergilər Nazirliyi
haqqında Əsasnamə»də dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"ni "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 12 dekabr tarixli 509-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 3, maddə 162; 2005, ¹ 9, maddə 797; 2006, ¹ 5, maddə 400; 2007, ¹ 4, maddə 323, ¹ 12, maddə 1246; 2008, ¹ 11, maddə 972; 2009, ¹ 10, maddə 780, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85; 2013, ¹ 2, maddə 111) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. aşağıdakı məzmunda 8.3-1-ci bənd əlavə edilsin:
"8.3-1.
vergi ödəyicilərinin vergidən yayınması və
vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən
müraciət daxil olduqda, müraciətdə qeyd edilən
faktları həmin vergi ödəyicilərində
keçiriləcək növbəti operativ vergi nəzarəti
tədbiri və ya növbəti səyyar vergi yoxlaması
zamanı araşdırmağa və vergi nəzarəti
başa çatdıqdan sonra nəticələri barədə
müraciət edən şəxslərə məlumat vermək;";
2.
9.9-1-ci bəndə "məlumatları" sözündən
sonra "(kommersiya hüquqi şəxslərin təsisçiləri
(iştirakçıları) və onların nizamnamə
kapitalındakı payları barədə məlumatlar istisna
olmaqla)" sözləri əlavə edilsin;
3. 11.3-cü bənddən "habelə" sözü çıxarılsın və həmin bəndə "almaq" sözündən sonra ", habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək" sözləri əlavə edilsin;
4.
11.4-cü bənddə "Azərbaycan Respublikasının
Vergi Məcəlləsi ilə müəyyən edilmiş
qaydada" sözləri "istehsal həcminin və ya
satış dövriyyəsinin müəyyənləşdirilməsi
məqsədilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin
50-1-ci maddəsində müəyyən edilmiş hallarda və
qaydada" sözləri ilə əvəz edilsin və həmin
bəndə ikinci halda "qaydada" sözündən sonra
"elektron və (və ya) kağız formatda
aparılan" sözləri əlavə edilsin;
5. aşağıdakı məzmunda 11.14-1-ci və 11.14-2-ci bəndlər əlavə edilsin:
"11.14-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq;
11.14-2.
vergi risklərinin minimallaşdırılması məqsədi
ilə vergi ödəyiciləri ilə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydada və formada "Vergi partnyorluğu sazişi"
bağlamaq;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 iyul 2013-cü il
Azərbaycan.-2013.- 24 iyul.- S.2.