Rabitə və informasiya texnologiyaları naziri İsmayıllıda vətəndaşları qəbul etmişdir

 

İyulun 23-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İsmayıllıda vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, İsmayıllı şəhərindəki "Rabitə evi"ndə keçirilən və nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda İsmayıllı, Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, AğdaşQobustan rayonlarından olan vətəndaşların müraciətləri dinlənilmişdir.

Vətəndaşlar əsasən əhaliyə göstərilən poçt, telekommunikasiya, internet, televiziyaradio yayımı xidmətlərindəki mövcud vəziyyət, bu xidmətlərin keyfiyyəti, habelə işə qəbul və s. məsələlərlə bağlı müraciət etmişlər.

Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, bəzi müraciətlər qeydə alınaraq araşdırılıb həll edilməsi üçün nazirliyin müvafiq strukturlarına tapşırıqlar verilmişdir.

Nazir Əli Abbasov bu il test imtahanlarında yüksək bal toplayan İsmayıllıdan olan 14 abituriyentin hər birinə noutbuk hədiyyə etmişdir.

 

Azərbaycan.-2013.- 24 iyul.- S.5.