Avstriyanın APA Agentliyi AzərTAc ilə sıx

dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır

 

Mərkəzi iqamətgahı Vyana şəhərində yerləşən Avstriya Mətbuat Agentliyi (Austria Presse Agentur - APA) dünyanın ən böyük və aparıcı milli xəbər agentliyidir.

AzərTAc xəbər verir ki, APA Avstriyada gündəlik nəşr olunan "Tageszeitung" və bu ölkə radioverilişlərinin yayım şirkəti olan "ORF"nin (Österreichischer Rundfunk) tabeliyində fəaliyyət göstərir.

 Dünyanın ilk informasiya agentliklərindən hesab edilən APA hələ 1849-cu il oktyabrın 10-da Jozef Tuvora tərəfindən "Österreichische Correspondenz" ("İnformasiya Xidməti") adı altında təsis olunmuşdur. Bununla dünyanın ilk rəsmi xəbər agentliyi yaranmışdır. İlk vaxtlar "Österreichische Correspondenz" özəl xəbər agentliyi kimi fəaliyyət göstərmişdir. Həmin illərdə bu xəbər agentliyi ilə yanaşı, 1835-ci ildə həyata vəsiqə almış Fransanın "Agence Havas" (indiki AFP), 1849-cu ildə təsis olunmuş Berlin Volffş Teleqraf Bürosu, 1848-ci ildə Nyu-Yorkda fəaliyyətə başlamış "Associated Press" və 1851-ci ildə isə Londonda "Mr. Reuter's Cabled Messages" (indiki "Reuters") kimi nəhəng agentliklər də fəaliyyət göstərirdilər. Həmin illərdə agentlik "Reuters" və "Agence Havas" ilə beynəlxalq informasiya mübadiləsi barədə sazişlər bağlayır.

1859-cu ildə agentlik hökumət tərəfindən milliləşdirilərək "Telegraphen-Korrespondenz-Bureau" ("Teleqraf İnformasiya Xidməti Bürosu") adlanmağa başlayır.

Birinci Dünya müharibəsi başa çatandan sonra agentlik yenidən təşkil olunaraq kiçik milli xəbər agentliyi kimi ANA adı altında fəaliyyətini davam etdirmişdir. 1938-ci ildə o, Milli Sosialist Alman Xəbər Agentliyi ilə əvəz olunmuşdur. 1942-cı ildə ANA özəlləşdirilir. "Reuters" "Agence Havas" ilə sazişlərin yenilənməsi dayandırılır.

Agentlik Avstriyada nəşr edilən gündəlik qəzetlərlə birləşərək APA-nın tam milli bir xəbər agentliyi kimi fəaliyyət göstərməsinə zəmin yaratmış olur.

Hazırda APA-nın icraçı direktoru Peter Kropşdır. P.Kropş Azərbaycan Dövlət Teleqraf Agentliyinin-AzərTAc-ın baş direktoru Aslan Aslanov ilə sıx dostluq əlaqələri saxlayır, beynəlxalq tədbirlər çərçivəsində onunla mütəmadi görüşlər keçirir.

Azərbaycanın Avstriyanın milli xəbər agentlikləri arasında baş direktorlar səviyyəsində qurulmuş bu sıx əməkdaşlıq əlaqələri AzərTAc-ın beynəlxalq əlaqələrinin genişlənməsindən xəbər verir. P.Kropş rəhbərlik etdiyi agentliyin 2012-ci ildəki fəaliyyəti ilə bağlı dərc olunmuş AzərTAc-a ünvanlandığı illik hesabatında nəzərə çatdırır ki, ötən ilin nəticələri, dünyada hökm sürməkdə davam edən dərin maliyyə böhranı, avrozonada hökm sürən iqtisadi problemlər çağırışlar özəl, dövlət ictimai əsaslarla fəaliyyət göstərən müəssisələrdə agentliklərdə vəziyyətin heç ürəkaçan olmadığını deməyə əsas verir. O, maliyyə böhranının milli mediaya da təsirsiz ötüşmədiyini xüsusi qeyd edir. Lakin bütün bunların fonunda, hesabatda da göstərildiyi kimi, APA-nın 2012-ci ildə tədavülü əvvəlki illə müqayisədə 1,6 faiz artaraq 66,40 milyon avro təşkil etmişdir. APA qrupunda hazırda təxminən 403 əməkdaş işləyir. Qrupun 2010-cu ildə illik tədavülü 62,66, 2011-ci ildə 65,37 milyon avro təşkil etmişdir.

Milli beynəlxalq media bazarlarında yaranmış vəziyyət, qlobal çağırışlar fonunda APA-nın icraçı direktoru büdcə planlaşdırması məsələsində kapital qoyuluşunun perspektivli layihələrlə yanaşı, eyni zamanda, menecment, texniki innovasiyalar texnologiyalar kimi vacib sahələrə, infrastruktur layihələrinə struktur dəyişikliklərinə biznes modellərinə yönəldilməsini zəruri hesab edir. O bildirir ki, innovasiya məsələsi aktual olduğundan media məkanında bu sahəyə investisiya qoyuluşu ötən dövrdə xeyli artmışdır.

Müasir informasiya texnologiyalarının tətbiqində APA Avstriya kütləvi informasiya vasitələri arasında birinci yerdədir. Avropa media məkanında ilk elektron rəqəmsal qəzet köşkü 2011-ci ilin noyabrında Avstriyada həyata vəsiqə almışdır. Ötən dövr ərzində bu sahədə uğurlar əldə edildiyini nəzərə çatdıran baş direktor, bu sistemin Vyana şəhərində restoranlarda, kafelərdə və kitabxanalarda sınaq dövrü keçdiyini bildirir. Hesabatda başqa modellərin hazırlıq dövrü keçdiyi qeyd olunur. Avstriyada dərc olunan bütün qəzetlər, jurnallar və dərgilər ödənişli şəkildə bu gün rəqəmsal sistem altında öz fəaliyyətlərini genişləndirirlər. P.Kropş xatırladır ki, hazırda Avstriya milli mediası oxuculara www.austria-kiosk.at linki ilə təqdim olunur.

APA agentliyi ölkə daxilində və xaricində siyasət, iqtisadiyyat, elm, hadisələrin xronikası, idman, mədəniyyət kimi sahələrə dair son məlumatları informasiya, şəkil, infoqrafika, eləcə də, video vasitəsilə oxucularına operativ çatdırır, müştərilərini maliyyə bazarları haqqında son vacib məlumatlarla təmin edir. Bundan əlavə, agentlik öz fəaliyyətində multimedia xidmətlərinə, sosial şəbəkə ilə əlaqələrə və eyni zamanda, infoqrafikaya geniş yer verir.

APA-nın nəzdində fəaliyyət göstərən "DeFacto" operatoru zəngin məlumat bankına malikdir. Bu bankda yerləşdirilmiş təhlillər və araşdırmalar məzmun etibarilə beynəlxalq səviyyədə qəbul olunan metodlarasosial tədqiqatlara əsaslanır.

"2013-ci ilin ilk aylarının nəticələri deməyə əsas verir ki, ötən ildə olduğu kimi,  media bazarlarında oxşar meyillər özünü göstərməkdədir. Şirkətlər böyük investisiya qoyuluşlarına bir qədər ehtiyatlı yanaşırlar. İnformasiyakommunikasiya texnologiyaları, reklam bazarlarının durmadan inkişaf etməsi, bazarların fraqmentasiyası, texnoloji nailiyyətlər bu gün milli agentlikləri struktur dəyişiklikləri aparmağa vadar edir, bütün səylərin səfərbər olunmasını tələb edir",- deyə Peter Kropş qeyd etmişdir.

 

Azərbaycan.-2013.- 24 iyul.- S.7.