2013-cü il aprelin 25-də Bakı şəhərində
və 2013-cü il iyunun
7-də Ştutqart şəhərində
imzalanmış «Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi və Amerika
Birləşmiş Ştatlarının Avropa
Komandanlığı arasında hərbi əməkdaşlıq
üzrə 2013-cü il üçün
İş Planı»nın təsdiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il aprelin 25-də Bakı şəhərində və 2013-cü il iyunun 7-də Ştutqart şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2013-cü il üçün İş Planı" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən İş Planının müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
İş Planının qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Amerika Birləşmiş
Ştatları hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyul 2013-cü il
Azərbaycan.-2013.- 25 iyul.- S.1.