Rusiya
Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Tələbələrin
XXVII Ümumdünya Yay
Universiadasında Azərbaycan Respublikasının
idmançıları və onların məşqçiləri
üçün yüksək nəticələrə
görə mükafatların müəyyən edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Rusiya Federasiyası Tatarıstan Respublikasının
paytaxtı Kazan şəhərində keçirilən Tələbələrin
XXVII Ümumdünya Yay Universiadasında yüksək nəticələr
göstərmiş Azərbaycan Respublikasının
idmançıları və onların məşqçiləri
üçün mükafatların məbləği
aşağıdakı qaydada müəyyən edilsin:
1.1. birinci yeri
tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə
25 min manat;
1.2. ikinci yeri
tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə
15 min manat;
1.3. üçüncü yeri tutan hər
bir idmançıya
20 min manat, onun məşqçisinə 10 min manat.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul
2013-cü il
Azərbaycan.-2013.- 25 iyul.- S.1.