Çin Xalq
Respublikasının Sədri zati-aliləri cənab Si Cinpinə
Hörmətli cənab Sədr!
Qansu vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu
faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə
və yaxınlarına Azərbaycan xalqı adından və
şəxsən öz adımdan dərin hüznlə
başsağlığı verir, yaralananların və xəsarət
alanların sağalmasını, dağıntıların nəticələrinin
tezliklə aradan qaldırılmasını arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 iyul 2013-cü il
Azərbaycan.-2013.- 25 iyul.- S.1.