Maldiv Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd
Vahidə
Hörmətli cənab Prezident!
Maldiv Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Maldiv arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Maldiv xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 iyul 2013-cü il
Azərbaycan.-2013.- 26 iyul.- S.1.