İspaniyanın Kralı əlahəzrət
I Xuan Karlosa
Əlahəzrət!
Madrid-Ferrol istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində çox sayda insanın tələf olması və xəsarət alması xəbəri məni son dərəcə kədərləndirdi.
Baş
vermiş faciə ilə əlaqədar Sizə, həlak
olanların ailələrinə və yaxınlarına Azərbaycan
xalqı adından və şəxsən öz adımdan dərin
hüznlə başsağlığı verir, yaralananların
və xəsarət alanların tezliklə
sağalmasını arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 iyul 2013-cü il
Azərbaycan.-2013.- 26 iyul.- S.1.