R.H.İbrahimova «Əməkdar
mühəndis» fəxri adının verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanın
neft sənayesinin inkişafında xidmətlərinə
görə Rasim Hüseyn oğlu İbrahimova "Əməkdar
mühəndis" fəxri adı verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 iyul 2013-cü il
Azərbaycan.-2013.- 27 iyul.- S.1.