Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli
541-IIIQ nömrəli Qanunu ilə təsdiq
edilmiş «Dənizçinin şəxsiyyət
sənədi haqqında Əsasnamə»də dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008,
¹ 3, maddə 157, ¹ 10, maddə 886) ilə təsdiq edilmiş
"Dənizçinin şəxsiyyət sənədi
haqqında Əsasnamə"nin 6-cı maddəsində
"qəbz" sözü "sənəd" sözü
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 iyun 2013-cü il
Azərbaycan.-2013.- 27 iyul.- S.2.