«İcra haqqında» Azərbaycan
Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
"İcra
haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 3, maddə 114;
2003, ¹ 6, maddə 277; 2004, ¹ 8, maddə 598, ¹ 11, maddə 901, ¹
12, maddə 973; 2007, ¹ 1, maddə 3, ¹ 6, maddə 562, ¹ 11, maddə
1053; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009, ¹ 12, maddə
952; 2010, ¹ 2, maddə 75, ¹ 7, maddə 591; 2011, ¹ 6, maddə 482,
¹ 7, maddə 618; 2012, ¹ 11, maddə 1052; Azərbaycan
Respublikasının 2013-cü il 31 may tarixli 665-IVQD nömrəli
Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 23.7-ci, 27.9-cu və 70.4-cü maddələrdə "10" rəqəmləri "30" rəqəmləri ilə əvəz edilsin.
2. 81.4-cü maddə (ikinci halda) 81.5-ci maddə hesab edilsin və həmin maddədə "həmin qərarın surətini aldıqdan sonra 10" sözləri "bu qanunun 81.4-cü maddəsində nəzərdə tutulmuş qərarın surətini aldıqdan sonra 30" sözləri ilə əvəz edilsin.
3.
87.1-ci maddənin ikinci cümləsində "İcra"
sözü "Bu qanunun digər maddələrində
başqa müddət müəyyən edilməyibsə,
icra" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 iyun 2013-cü il
Azərbaycan.-2013.- 27 iyul.- S.2.