«Azərbaycan Respublikası hökuməti və Makedoniya Respublikası hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında» Sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası hökuməti və Makedoniya Respublikası hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" 2013-cü il aprelin 19-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2013-cü il

Azərbaycan.-2013.- 27 iyul.- S.1.