2013-cü il iyunun 6-da Volqoqrad şəhərində imzalanmış «Azərbaycan Respublikası hökuməti və Volqoqrad Vilayəti (Rusiya Federasiyası) hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş»in təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il iyunun 6-da Volqoqrad şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti və Volqoqrad Vilayəti (Rusiya Federasiyası) hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Volqoqrad Vilayəti (Rusiya Federasiyası) hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyul 2013-cü il

 

Azərbaycan.-2013.- 27 iyul.- S.1.