2013-cü il iyunun 6-da Volqoqrad şəhərində
imzalanmış «Azərbaycan Respublikası hökuməti və
Rusiya Federasiyası hökuməti
arasında Azərbaycan Respublikasının enerji
sisteminin və Rusiyanın vahid
enerji sisteminin paralel işinin təmin
edilməsi üzrə tədbirlər haqqında Saziş»in təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il iyunun 6-da Volqoqrad şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın vahid enerji sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında Saziş" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişin
qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Rusiya hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyul 2013-cü il
Azərbaycan.-2013.- 27 iyul.- S.1.