2013-cü il iyulun 4-də Bakı şəhərində və 2013-cü il iyulun 6-da Ankara şəhərində imzalanmış «Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında təlimlərin icrasına və Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumu»nun təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.  2013-cü il iyulun 4-də Bakı şəhərində və 2013-cü il iyulun 6-da Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında təlimlərin icrasına və Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən anlaşma memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin anlaşma memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2013-cü il

Azərbaycan.-2013.- 27 iyul.- S.1.