Dairə seçki komissiyalarının sədr və digər üzvləri, məntəqə seçki komissiyalarının sədrləri üçün 10 günlük seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların təşkilinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹7/62

 

 

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli  sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bir sıra konkret tədbirlər həyata keçirərək dairə seçki komissiyalarının sədr və digər üzvləri, habelə məntəqə seçki komissiyalarının sədrlərinin peşə hazırlığının artırılması, seçki sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil etmişdir.

"Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət  Planı"nın davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin  27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın seçki komissiyalarına aid olan hissədə icrası ilə əlaqədar qarşıdan gələn Azərbaycan Respublikası Prezidentinın seçkiləri öncəsi aşağı seçki komissiyalarının sədr və üzvləri üçün yeni 10 günlük kursların təşkil edilməsinə dair hazırlıq işləri başa çatmışdır. Hazırlanmış tədbirlər planına uyğun olaraq dairə seçki komissiyalarının sədrləri üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında (inzibati bina) bir həftəlik, dairə seçki komissiyalarınin digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün isə 3 günlük regional kursların keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Maarifləndirmə materiallarının həcminə və kursların keçirilmə müddətinə uyğun olaraq dairə seçki komissiyasının sədrləri üçün 32 saatlıq, digər komissiya üzvləri üçün isə 9 saatlıq tədris proqramı və tədris cədvəlləri hazırlanmışdır. Tədrisdən əlavə bəzi dairə seçki  komissiyaları ilə təcrübə mübadiləsinin təşkili, müxtəlif görüşlər və mədəni tədbirlərin keçirilməsi ilə yanaşı, yekunda kursların iştirakçısı olmuş dairə seçki komissiyalarının sədrlərinə bu barədə sertifikat verilməsi də nəzərdə tutulmuşdur.

Qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Tərtib edilmiş tədbirlər planına və tədris proqramlarına uyğun olaraq dairə seçki komissiyalarının sədrləri üçün 2013-cü il iyulun 29-dan avqustun 4-dək Bakı şəhərində (MSK-nın inzibati binasında), dairə seçki komissiyalarının digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün isə 2013-cü il avqustun 5-dən 7-dək regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilsin.

2. Həmin kursların iştirakçısı olmuş dairə seçki komissiyalarının sədrləri keçirilən kursların yekununda müvafiq sertifikatla təmin edilsinlər (əlavə edilir).

3. Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları öz səlahiyyətləri daxilində bu qərarın icrası ilə əlaqədar müvafiq tədbirlər görsünlər.

 

 

 

Sədr        Məzahir Pənahov

 

Katib       Arifə Muxtarova

 

Katib       Mikayı

 

l Rəhimov

 

26.07.2013

Azərbaycan.-2013.- 27 iyul.- S.5.