Şimşəkdən qopan işıq

 

"Baba Babazadənin kim olduğunu bilmək üçün o illərdə "Azneft"in Bakı və Azərbaycan üçünolduğunu bilmək lazımdır. Həmin "Azneft"in ki, o vaxt SSRİ- istehlak olunan neftin əsas hissəsini verirdi. Bilmək lazımdır ki, "Azneft"də baş geoloqun rolu idi. Yəni kəşfiyyat sahələrinin neftin hasil olunduğu çoxsaylı mədənlərin idarə edilməsi onun əlində, əslində isə qəlbində beynində cəmləşmişdi. Azərbaycanın neft sənayesinin inkişafının təkcə taktikası deyil, strategiyası da ondan asılı idi".

Rusiya Elmlər Akademiyasının həqiqi üzvü V.Xain Azərbaycanın görkəmli neftçi-geoloqu Baba Babazadə haqqında belə yazıb. Avropada, eləcə Azərbaycanda Gürcüstanda yaxşı tanınan alim öz xatirələrində dostunun "əsl, köklü bakılı" olduğunu söyləyir. O bunu deyəndə bəlkə B.Babazadənin məhz neft  rayonunda doğulub böyüdüyünü, neftçilər ailəsindən olduğunu nəzərdə tutub. Axı Babanın atası Qurbanqulu kişi neftçi olmuş, uzun illər Ramana mədənlərində çalışmışdı.

Lakin oğul neft işini daha dərindən bilmək, zamanla ayaqlaşmaq qərarına gəlir. Əvvəlcə Sənaye Texnikumunu bitirir. Bununla kifayətlənməyib Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olur 1934-cü ildə ali məktəbi bitirərək geoloji-kəşfiyyat üzrə dağ mühəndisi ixtisasını qazanır.

Gənc geoloq "Əzizbəyovneft"də çalışdığı ilk günlərdən "Qala" yatağının tədqiq olunmasına böyük maraq göstərir. Burada onun rəhbərliyi ilə 507 nömrəli quyu qazılır. 1936-cı ildə quyunun dərin qatları fəth edildikcə "Qala lay dəstəsi" açılır bu kəşf neft verən yeni, böyük, regional bir kompleksin yaranmasının başlanğıcı olur. Həm quru, həm dəniz yataqlarının bu laylarında böyük məhsuldarlığa malik ehtiyatlar aşkar edilir.

Çətin illər idi... Hər gün naməlum səbəbdən kiminsə həbs olunduğu, cəzalandırıldığı eşidilirdi. Repressiya illərinin dalğası B.Babazadənin bir çox dost həmkarlarından da yan keçmir. Partiya sıralarında olmamağı Babanın cəzasını (əslində heç bir günahı yox idi) yüngülləşdirir. Onu yalnız işdən çıxarmaqla kifayətlənirlər. Deyilənlərə görə, bir dəfə Mir Cəfər Bağırov mədənləri gəzərkən qəflətən xəbər alır ki, bəs Babazadə haradadır? Cavab verirlər ki, işdən çıxarılıb indi evdədir.

Bu hadisədən sonra B.Babazadəni Mərkəzi Komitəyə çağırırlar. Orada söhbət hansı əsnada gedir - əlbəttə, indi bunları dəqiqliklə söyləmək çətindir. Amma məlum olan budur ki, B.Babazadəyə çalışdığı sahədən daha çox neft əldə etmək tapşırılır sonralar həmin məqsədə çatmaq üçün ona dəstək verilir.

Babazadə ona olan inamı doğruldur. O dövrdə belə dərin elmi biliyə səriştəyə malik milli kadrları barmaqla saymaq olardı...

İkinci Dünya müharibəsi illərində SSRİ-nin tank təyyarələri Bakı yanacağı ilə hərəkətə gəlirdi. Məhz odlu-alovlu 1942-ci ilin qışında geoloq Babazadə "Buzovna-Maştağa" yatağının açılmasına nail olur. Bu perspektivli yatağın açılması qazma işlərinə yeni təkan verir. Bu isə neft hasilatının getdikcə artması demək idi.

Başqa sözlə, o qanlı-qadalı illərdə Baba Babazadə döyüşürdü. İntəhası, onun hünər meydanı müharibə gedən ərazilərdən minlərlə kilometr aralıda - Bakıda, mədənlərdə idi. Təltif olunduğu "Qafqazın müdafiəsinə görə", "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları isə bu meydanda göstərdiyi igidliklərin nişanəsi idi.

1942-ci ildə B.Babazadə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilir. Geoloqun neft sənayesinə töhfələri artdıqca mükafatları da çoxalır. Bundan iki il sonra, 1944-cü ildə Baba Babazadə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür. Üç il sonra isə SSRİ Dövlət mükafatı laureatı adını alır.

Gənc geoloqa sanki bir şan-şöhrət tacı qismət olmuşdu. Axı aldığı dövrün ən yüksək mükafatları idi bunlara ardıcıl surətdə layiq görülən geoloqun o illərdə 31-36 yaşı vardı...

1945-ci ildə B.Babazadə "Azneft" Birliyi baş geoloqunun müavini, 1948-ci ildə isə baş geoloqu təyin edilir. Sonra "Azərneftkəşfiyyat" Birliyinin baş geoloqu olur. Daha sonra həmin vəzifəni respublikanın Neft Sənayesi Nazirliyində yerinə yetirir.

Lakin sadə Ramana neftçisinin oğlu bunlardan qürrələnmir, əksinə, işinə-gücünə daha ciddi yanaşır, göstərilən etimadlar qarşısında məsuliyyətini artırırdı. İstehsalatda çətin vəzifə yerinə yetirdiyinə baxmayaraq, qazandığı təcrübəni məzunu olduğu ali məktəbdəki tələbələrinə çatdırmağa vaxt imkan tapırdı. Elə burada elmi axtarışlarla da məşğul olurdu. Beləcə, işləyə-işləyə topladığı təcrübəni tədqiqatlar apara-apara əldə etdiyi nəticələri birləşdirərək müharibədən sonra namizədlik doktorluq dissertasiyaları müdafiə etdi. 1959-cu ildə neft geologiyasına verdiyi töhfələri nəzərə alaraq onu Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçdilər.

Azərbaycan neft tarixinin "Buzovna-Maştağa", "Zirə", "Qaradağ", "Əmirxanlı-Zığlı", "Mişovdağ", "Qalmaz" yataqlarının, "Neft Daşları"nın şimal qanadının s. kəşfi Baba Babazadənin adı ilə sıx bağlıdır. Onun "Buzovna-Maştağa neft yatağı Abşeronda perspektivli dərin strukturların axtarışı" monoqrafiyası uzun illərin tədqiqatlarından qaynaqlanan əsərdir. Neftçi alimin gəldiyi nəticələr geoloji-kəşfiyyata, yataqların səmərəli işlənməsinə əsaslı istiqamətverici mənbədir. Neftli qazlı layların, onların genezisinin öyrənilməsi, geoloji materiallar əsasında karbogen ehtiyatlarının qruplaşdırılması öz başlanğıcını onun tədqiqatlarından götürür. Başqa sözlə, Babazadənin alim qələmindən 80-dən çox elmi əsər çıxıb. Azərbaycan geologiya elminə daha bir bəxşişi isə hazırladığı 20-dən çox elmlər namizədidir.

Ümumiyyətlə, B.Babazadə öz həmkarlarını, xüsusilə gənc geoloqları çox sevir, onlara həmişə bacardığı köməyi edirdi. İstər istehsalatda, istərsə elmdə. Haqqında yazılanlara görə, onu ikinci dəfə SSRİ Dövlət mükafatına təqdim ediblərmiş. Bunu eşidəndə çox narahat olur qətiyyətlə deyir ki, çalışdığı sahədə ondan sonra da böyük nailiyyətlər qazananlar var, onların da əməyi öz qiymətini almalıdır.

Ramanada qocalar onu görəndə deyirlərmiş ki, Qurbanqulunun oğluna bu vergini Allah-taala özü bəxş edib. Görəsən, onlar Babazadənin hansı keyfiyyətlərini nəzərdə tuturmuşlar - boy-buxununu işıqlı simasını, sadəliyini səxavətini, zəhmətkeşliyini anadan sanki axtarış həvəsi, geoloq istedadı ilə doğulduğunu, yoxsa bu nemətlərin hamısını?!

Oğlu, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Babazadə xatirələrində atasının qazandığı şan-şöhrətə baxmayaraq, çox sadə olduğunu qeyd edir. Əməyi, torpağı çox sevirmiş. Bağ evində, həyətdə işləmək ona zövq verirmiş. 1962-ci ilin isti yay günlərinin birində həyətdə elektriklə bağlı isə təmir işi görürmüş. Elə əcəl onu  burada haqlayır. El arasında buna "tok vurdu" deyirlər. Onda Babazadənin 51 yaşı vardı...

Onun ömrünü şimşəyə bənzədənlər olub. Çünki taledən aldığı qısa ömür payında daim yaşamaq, yaratmaq eşqi ilə yanıb. Amma həyatı bir an içində qırılıb. Şimşəyə bənzəyən bu ömürdən yayılan şüalar Azərbaycanın neft geologiyasının inkişafı, geoloqların yeni-yeni nəsillərinin həyat yollarına işıq saçmaqdadır.

 

 

 

Flora SADIQLI,

Azərbaycan.-2013.- 27 iyul.- S.8.