Dmitri Yablonski:
«Heydər Əliyev Fondunun təşəbbüsü
ilə həyata
keçirilən bu layihə
bütün dünyada mədəniyyətin inkişafına
böyük töhfədir»
"Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bu layihə bütün dünyada mədəniyyətin inkişafına böyük töhfədir. Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri və məşhur musiqiçilərlə yaxından tanış edir".
Bu sözləri V Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli məşhur violonçel ifaçısı, "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski AzərTAc-a müsahibəsində demişdir.
D.Yablonski festivalın ərsəyə gəlməsində müstəsna xidmətləri olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya musiqiçilərə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirmişdir.
Dmitri Yablonski V Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkilatçılığını yüksək qiymətləndirmiş, musiqisevərlərin təxminən iki həftə davam edəcək festivalda bir çox dünya şöhrətli musiqi kollektivlərinin maraqlı konsert proqramından həzz almaq imkanı əldə edəcəklərinə əminliyini bildirmişdir.
Bu
musiqi bayramı proqramının əvvəlkilərlə
müqayisədə çox zəngin olduğunu söyləyən
D.Yablonski iştirakçılar və qonaqlar arasında məşhur
kollektivlərin, müasir ifaçılıq sənətinin
zirvəsində duran dünya şöhrətli ustad sənətkarların
olmasını festivalın gündən-günə artan
nüfuzunun bariz nümunəsi kimi qiymətləndirmişdir.
O demişdir: "Qəbələyə
toplaşan dünyanın məşhur mədəniyyət
xadimləri təqdim etdikləri konsertlərlə böyük tamaşaçı
auditoriyasına əsl musiqi bayramı
yaşadırlar. Festival çərçivəsində
keçirilən konsertlərin hər birinin
özünəməxsus gözəlliyi vardır. Buradakı bir konsert digərlərindən
fərqlənir. Hər gün buraya Bakıdan, Qəbələdən və ətraf
rayonlardan yüzlərlə
tamaşaçının, o cümlədən
xarici vətəndaşların gəlməsi
insanların bu festivala
olan böyük
marağından xəbər verir".
Azərbaycan.-2013.- 27 iyul.- S.8.