«Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 142; 2002, ¹ 6, maddə 328; 2004, ¹ 7, maddə 505; 2006, ¹ 12, maddə 1033; 2007, ¹ 1, maddə 4; 2010, ¹ 5, maddə 386; 2011, ¹ 2, maddə 71, ¹ 12, maddə 1086; 2012, ¹ 2, maddə 62; Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddənin birinci hissəsinin birinci cümləsində "qəbz" sözü "sənəd" sözü ilə əvəz edilsin.
2. 6-cı maddənin ikinci hissəsində "həbsəalma qəti-imkan tədbiri" sözləri "həbs və ona alternativ qətimkan tədbirləri" sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 iyun 2013-cü il
Azərbaycan.-2013.- 28 iyul.- S.1.