«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan

 Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq   qərara  alır:

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 603; 2006,    ¹ 6, maddə 482; 2007, ¹ 8, maddə 745; 2008, ¹ 3, maddə 154; 2009, ¹ 12, maddə 948; 2011, ¹ 11, maddə 983; 2012, ¹ 6, maddə 509, ¹ 7, maddə 688, ¹ 11, maddə 1053; Azərbaycan Respublikasının 2013-cü il 24 may tarixli 658-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 9.1.1-ci maddədə "qəbzin" sözü "sənədin" sözü ilə əvəz edilsin;

2. 10.2.4-cü maddədə "qəbz" sözü "sənəd" sözü ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2013-cü il

Azərbaycan.-2013.- 28 iyul.- S.1.