«Yol hərəkəti
haqqında» Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874,
№ 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363) aşağıdakı dəyişikliklər edilsin:
1. 27-ci maddə üzrə:
1.1. IV-I hissənin 5-ci bəndinə "plastik kart" sözlərindən sonra ", elektron ödəmə sistemləri" sözləri əlavə edilsin;
1.2. VI hissənin 4-cü bəndində və VIII hissənin ikinci cümləsində "qəbz" sözü "sənəd" sözü ilə əvəz edilsin;
1.3. XII hissənin 3-cü bəndində "qəbzi" sözü "sənədi" sözü ilə əvəz edilsin;
2. 30-cu maddə üzrə:
2.1. VI-I hissənin 4-cü bəndinə "plastik kart" sözlərindən sonra ", elektron ödəmə sistemləri" sözləri əlavə edilsin;
2.2. VII hissənin 4-cü bəndində "qəbzi" sözü "sənədi" sözü ilə əvəz edilsin;
3. 35-ci maddə üzrə:
3.1. II hissənin 4-cü bəndində "qəbzi" sözü "sənədi" sözü ilə əvəz edilsin;
3.2. IV-I hissənin 1-ci bəndinə "plastik kart" sözlərindən sonra ", elektron ödəmə sistemləri" sözləri əlavə edilsin;
3.3.
VIII hissənin 3-cü bəndində "qəbz"
sözü "sənəd" sözü ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 iyun 2013-cü il
Azərbaycan.-2013.- 28 iyul.- S.1.