"Vergi partnyorluğu Sazişinin
forması"nın və "Vergi
partnyorluğu Sazişinin
bağlanması Qaydaları"nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 190 Bakı şəhəri,
19 iyul 2013-cü il
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Vergi partnyorluğu Sazişinin forması" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları" təsdiq edilsin (2 nömrəli əlavə).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
*"Vergi partnyorluğu Sazişinin forması"nın və "Vergi partnyorluğu
Sazişinin bağlanması Qaydaları"nın təsdiq edilməsi barədə qərara əlavənin
tam mətni ilə www.azerbaijan-news.az saytında tanış
ola bilərsiniz.
Azərbaycan.-2013.- 28 iyul.- S.3.