Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 sentyabr tarixli 131 nömrəli
qərarı ilə təsdiq edilmiş
"İnsan alveri
qurbanlarının müəyyən edilməsi
Qaydaları (indikatorları)"nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 193 Bakı şəhəri,
26 iyul 2013-cü il
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 610-IVQD nömrəli qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 may tarixli 888 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 sentyabr tarixli 131
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 735) ilə təsdiq
edilmiş "İnsan alveri qurbanlarının müəyyən
edilməsi Qaydaları (indikatorları)"nın 2.2-ci bəndinin
üçüncü abzası ləğv edilsin və ikinci
abzasına "Azərbaycan Respublikasının Qanununa"
sözlərindən sonra "və Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsinə"
sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 28 iyul.- S.3.