Şəfiqə Axundova
öz həyatını musiqiyə həsr
etmişdi
Şəfiqə xanım çox xoşbəxt qadın idi. Çünki onu hökumət də sevirdi, xalq da.
AzərTAc xəbər verir ki, bu sözləri Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli bəstəkar, xalq artisti Şəfiqə Axundova ilə vida mərasimində mərhumun bacısı Rəfiqə Axundova jurnalistlərə müsahibəsində demişdir. Bildirmişdir ki, Şəfiqə Axundova nadir, çox gözəl, böyük insan idi. O, Azərbaycan musiqisinin inkişafında çox böyük zəhmətlər çəkmiş, öz həyatını musiqiyə həsr etmişdi.
Mən Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdaram. Onlar Şəfiqə Axundovanın yaradıcılığını yüksək qiymətləndirmiş, bacıma həmişə böyük diqqət və qayğı göstərmişlər. Bu qayğıya görə biz özümüzü heç vaxt tək hiss etmirdik.
Mənə elə gəlirdi ki,
Şəfiqə Axundova heç
vaxt ölməyəcək. Onda tükənməz həyat və
yaradıcılıq eşqi var idi. Daim
yazıb-yaratmaq istəyirdi. Əfsus ki, əcəl
aman vermədi. Allah rəhmət
eləsin.
Azərbaycan.-2013.- 28 iyul.- S.6.