Polad Bülbüloğlu:
«Qonaqlar Qəbələ ilə
tanışlıq
zamanı ölkəmizin necə sürətlə
inkişaf etdiyinin şahidi olurlar»
"Azərbaycanın dünyada nüfuzunun gündən-günə artması göz qabağındadır. Qədim tarixə və gözəl təbiətə malik Qəbələdə belə bir festivalın keçirilməsinin böyük əhəmiyyəti vardır. Konsertlərdə bir çox ölkələrdən gəlmiş, dünyada tanınmış kollektivlər iştirak edir. Belə qısa müddətdə ölkəmizdə gedən sürətli inkişaf məni çox sevindirir".
Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu AzərTAc-a müsahibəsində demişdir.
Polad Bülbüloğlu Azərbaycanda belə gözəl festivallar keçirilməsindən məmnunluğunu dilə gətirmiş, ölkəmizin bu cür mötəbər tədbirlərə ev sahibliyi etməsi üçün hər cür şəraitin, o cümlədən lazımi infrastrukturun olduğunu xüsusilə qeyd etmişdir.
Azərbaycanın Rusiyadakı səfiri festivalın ərsəyə gəlməsində Azərbaycanın birinci xanmı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməyini yüksək qiymətləndirmişdir. Səfir Azərbaycanın birinci xanmı Mehriban Əliyevanın himayəsi ilə keçirilən bu festivalda çox görkəmli ifaçıların iştirak etdiklərini, bu mötəbər tədbirin əks-sədasının dünyada çox geniş yayıldığını əminliklə vurğulayaraq demişdir: "Bu gün Azərbaycanın regionlarında gündən-günə vüsət alan sürətli inkişaf Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirməsini bir daha göstərir. Mən çox sevinirəm ki, paytaxtla yanaşı, bölgələrimiz də inkişaf edir. Qəbələ son vaxtlar çox gözəl və müasir bir şəhərə çevrilmişdir. Qonaqlar Qəbələ ilə tanışlıq zamanı ölkəmizin necə sürətlə inkişaf etdiyinin şahidi olurlar. Təbii ki, bir azərbaycanlı kimi mən buna görə çox sevinirəm.
2013-cü
il üçün MDB-nin Mədəniyyət paytaxtı elan
olunan Qəbələdə bu illər ərzində bir
neçə mədəni-humanitar tədbir
keçirilmişdir. Gözəl hotellər, yollar, hava limanı və
digər imkanlar festivalın yüksək
səviyyədə təşkil olunmasına şərait yaradan amillərdir. Mən bir
azərbaycanlı olaraq bu
uğurlara çox
sevinirəm".
Azərbaycan.-2013.- 28 iyul.- S.7.