İnosensia Heredia: «Tamaşaçıların ardı kəsilməyən alqışları

 və isti münasibət bizi daha həvəslə oxumağa ruhlandırırdı»

 

"Tamaşaçıların ardı kəsilməyən alqışları və göstərilən isti münasibət bizi daha həvəslə oxumağa ruhlandırırdı".

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Kubanın "Santiaguero" caz qrupunun üzvü İnosensia Heredia AzərTAc-a müsahibəsində demişdir.

Azərbaycana ilk dəfə gəldiyini deyən "Santiaguero" qrupunun üzvü ölkəmizdə gedən sürətli inkişafa, insanların qonaqpərvərliyinə valeh olduğunu bildirmişdir.

V Qəbələ Beynəlxalq Musiqi Festivalının çox yüksək səviyyədə təşkil edildiyini bildirən İ.Heredia, bu mötəbər tədbirdə çıxış etmələri üçün şərait yaradıldığına görə festivalın təşkilatçılarına minnətdarlığını ifadə edərək demişdir: "Burada biz Kubanın ənənəvi musiqisini təmsil edirik. Bizim üçün bu, böyük uğurdur. Burada yerli əhalinin və xarici qonaqların olması məsuliyyətimizi daha da artırdı və həmişəkindən də yaxşı çıxış etməyə çalışdıq. Tamaşaçıların ardı kəsilməyən alqışları bizi daha həvəslə oxumağa ruhlandırırdı. Azərbaycan Qafqazın ən gözəl məkanlarındandır. Gözəl təbiət, ürəkaçan mənzərə insanda unudulmaz təəssürat oyadır. Buralara yenidən gəlmək istərdim".

 

Azərbaycan.-2013.- 28 iyul.- S.7.