Mərakeşin Kralı Əlahəzrət
VI Məhəmmədə
Əlahəzrət!
Əziz qardaşım!
Mərakeşin milli bayramı - Taxt-tac günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Mərakeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 iyul 2013-cü il
Azərbaycan.-2013.- 30 iyul.- S.1.