ABŞ-ın «The National Interest» saytında Dağlıq

 Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc edilmişdir

 

ABŞ-ın nüfuzlu "The National Interest" "Miili maraqlar" saytında ", Kerri Qarabağla məşğul ol!" "Kerry, Go Fix Karabakh!" sərlövhəli məqalə dərc olunmuşdur.

AzərTAc xəbər verir ki, geosiyasət üzrə tanınmış mütəxəssis Aleksandros Petersenin müəllifliyi ilə yazılmış məqalədə bildirilmişdir ki, bu il iyunun sonunda Azərbaycan qətiyyətli addım ataraq təbii qazını Avropaya ixrac etmək üçün Transadriatik qaz kəməri marşrutunu seçmişdir. Bu marşrutun müəyyənləşməsi üçün Azərbaycan on il səy göstərmiş rəsmi Vaşinqtonun dəstəyini qazanmağa müvəffəq olmuşdur. Bu işdə ABŞ Dövlət Departamentinin onun rəhbəri Con Kerrinin təsisçisi olduğu enerji resursları bürosunun da az rolu olmamışdır.

Məqalədə bildirilmişdir ki, ABŞ-ın NATO üzrə Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliklərinin təmin olunması həmişə rəsmi Vaşinqtonun prioritet siyasi xətti hesab edilmişdir. Həm demokratlardan, həm respublikaçılardan seçilən prezidentlərin hamısı çalışmışlar ki, Avropa enerji asılılığından azad olsun. Azərbaycanın ABŞ ilə birlikdə mürəkkəb siyasi şəraiti nəzərə alaraq, həyata keçirdikləri diplomatiya Avropanın enerji problemini həll etmişdir. Azərbaycandan Avropaya uzanan qaz kəməri Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistandan yan keçir. Soyuq müharibənin başa çatmasından sonra meydana çıxmış bu millətlərarası problemi bir çoxları dondurulmuş münaqişə hesab edirlər. Lakin Amerikanın ciddi şəkildə baş qoşmaq istəmədiyi Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması, heç bir tərəfə fayda verməyərək davam etməsi ABŞ-ın regiondakı milli maraqlarına təhlükə törədir. Əgər ABŞ münaqişənin həlli istiqamətində kifayət qədər səy göstərməsə, onda bu problem "qara ruh" kimi daim rəsmi Vaşinqtonu izləyəcəkdir.

Müəllif dünyada cərəyan edən geosiyasi proseslərə nəzər salaraq yazır ki, Misir Suriyada baş verən hadisələrin ilə başa çatacağı bəllidir. Lakin ABŞ-ın dövlət katibi C.Kerrinin İsrail-Fələstin münaqişəsinin həll olunması istiqamətində reallaşdırdığı siyasət dalana dirənmişdir. Ona görə Dövlət Departamentinin əlinə uğurlu tarix yazmaq üçün çox yaxşı imkan düşmüşdür. Dağlıq Qarabağ münaqişəsindən ABŞ-ın regiondan sıxışdırılıb çıxarılması üçün hər an istifadə oluna bilər. Bu baxımdan münaqişənin həlli Birləşmiş Ştatlara imkan verər ki, sülhməramlı hərbi hissələrini məhz bu region vasitəsilə asanlıqla Əfqanıstandan çıxarsın. Azərbaycan ABŞ-ın İraq Əfqanıstanda həyata keçirdiyi beynəlxalq terror şəbəkəsi əleyhinə mübarizəni dəstəkləməklə rəsmi Vaşinqtonun sadiq müttəfiqinə çevrilmişdir.

ABŞ siyasətinin maraqlı məqamlarına toxunan müəllif qeyd edir ki, bu yaxınlarda Vaşinqtonda səfərdə olan Azərbaycanın xarici işlər naziri ilə görüşən C.Kerri bəyan etmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli "olduqca vacibdir". Lakin məlumdur ki, C.Kerri ABŞ-dakı erməni diasporunun maraqlarını müdafiə edən siyasətçidir. Lakin siyasi uğur qazanmaq ABŞ-ın milli maraqlarını qorumaq naminə Dövlət Departamentinin rəhbəri öz mövqeyini dəyişməlidir.

Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə toxunan A.Petersen yazır ki, problem Ermənistanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərini işğal etməklə başlamışdır. Hazırda tərəflər işğal olunmuş Dağlıq Qarabağın statusu haqqında razılığa gələ bilmirlər.

Məqalədə göstərilir ki, ABŞ üçün əhəmiyyətli olan regionda başlamış Dağlıq Qarabağ münaqişəsinin həlli Prezident Barak Obamanın rəhbərlik etdiyi administrasiyanın xarici siyasətdə böyük uğuru ola bilər. Bu nailiyyəti əldə etmək üçün isə Dövlət Departamentinin rəhbəri C.Kerri yüksək səviyyəli görüşlər təşkil edərək ciddi fəaliyyət göstərməlidir.

 

Azərbaycan.-2013.- 30 iyul.- S.7.