Azərbaycan dünyada tolerantlığın ən yüksək səviyyədə olduğu ölkələrdəndir

 

İslam dininə bağlı olan Azərbaycan xalqı, neçə əsrlərdir ki, müqəddəs  Ramazan bayramını yüksək inamruh yüksəkliyi şəraitində qeyd edir. Hələ keçmiş sovetlər birliyi dönəmində bütün qadağalara baxmayaraq, QurbanRamazan bayramlarının qeyri-rəsmi səviyyədə keçirilməsi ulu öndər Heydər Əliyevin milli maraqlara xidmət edən fəaliyyətinin nəticəsi idi.

Ulu öndər həmin illərdə xalqın mədəni-mənəvi irsinə, adət-ənənələrinə, milli dəyərlərinə də diqqət və qayğı ilə yanaşırdı. Dini abidələrə, məscidlərə ehtiyatla, böyük məharətlə qayğı göstərir, əsl funksiyalarını daşıtdırmaq çətin olduğundan, onları tarixi-mədəniyyət abidələri kimi bərpa etdirərək xalqın ixtiyarına verirdi. 70-80-ci illərdə məscidlərin bərpa olunaraq dindarların istifadəsinə verilməsi məlum səbəblərdən mümkün olmadığından dağılmaqda olan məbədgahlar tarixi abidələr adı altında bərpa edilərək muzey kimi xalqın istifadəsinə verilirdi. Bununla da, bir tərəfdən həmin abidələrin dağıdılmasının qarşısı alınır, digər tərəfdənsə xalqın dini inanclarının qapalı şəkildə də olsa, qorunub saxlanılmasına şərait yaradılırdı. Heydər Əliyevin hakimiyyəti illərində QurbanRamazan bayramlarının keçirilməsinə heç bir əngəl yaradılmırdı.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirdi, xalqın milli təhlükəsizlik maraqları baxımından bu sahəyə daim xüsusi diqqətlə yanaşdı. 1994-cü ildə Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan ulu öndər Heydər Əliyev islam dininə olan yüksək etiqadın və rəğbətin təcəssümü kimi Məkkə şəhərini, Kəbəni ziyarət etdi. 1998-ci ildə Həcc ziyarətində oldu.

1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir ölkə vətəndaşlarının vicdan azadlığı birmənalı təsbit edildi. Azərbaycanda din dövlətdən ayrı olsa da, ulu öndər cəmiyyətin saflaşmasında, insanların mənəvi kamilləşməsində islamın müstəsna rolunu daim önə çəkir, həmçinin müqəddəs kitabımız olan "Qurani-Kərim"in əxlaqi-tərbiyəvi əhəmiyyətini xüsusi qeyd edirdi. Heydər Əliyev həmçinin vurğulayırdı ki, islam dini ümumbəşəri mənəvi dəyərlərin mühüm tərkib hissələrindən biri olub Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü və onun təkamülünün müəyyən mərhələsində meydana gələn planetar miqyaslı sosial, tarixi hadisə və fenomendir.

Prezident İlham Əliyevin milli mədəniyyətin və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti çağdaş dövrün reallıqları ilə şərtlənir. Dövlət başçısı hesab edir ki, müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda fantastik nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin mədəni və dini-mənəvi irsə müəyyən təhlükə meyilləri də özünü qabarıq göstərir.

Azərbaycan Prezidenti bu fikirdədir ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir. Dövlət başçısı total mədəniyyətin mütərəqqi cəhətlərinin mənimsənilməsi tərəfdarı kimi çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən millidini dəyərlərin qorunmasını da vacib məsələ kimi önə çəkir.

Cənab İlham Əliyev son 10 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də, dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayişinanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Ötən müddətdə Bibiheybət, Təzəpir, Nardaran, Mir Möhsün ağa və digər məscid və ziyarətgahlar əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır. Əjdərbəy məscidində əsaslı təmir və yenidənqurmanın aparılması, Şamaxı Cümə məscidində böyük təmir-tikinti işlərinin başa çatdırılması deyilənlərə əyani misaldır. Bütövlükdə, müstəqillik dövründə Azərbaycanda 2 minə yaxın məscid tikilmişdir. Son 10 il ərzində isə 140-a yaxın məscid tikilmiş, 80 məscid isə əsaslı təmir edilmişdir.

Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islamqeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. Son illərdə ölkədə 500-dən artıq dini icmanın dövlət qeydiyyatından keçməsi də tolerantlığın bariz təcəssümü sayıla bilər.

Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında ictimai statusla fəaliyyət göstərən Heydər Əliyev Fondu da yaxından iştirak edir. 2008-ci ildə Bakıda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nunİSESCO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

Son illər fondun səyi ilə Azərbaycanla İslam Konfransı Təşkilatı (İKT) ölkələri arasında humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. İKT-nin 2009-cu ildə Bakını "İslam mədəniyyətinin paytaxtı" elan etməsi də humanitar sahədə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə qurulduğunu göstərir. Respublikamızın müsəlman dövləti kimi islam dəyərlərinə hörmətlə yanaşması, eyni zamanda, tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaradır.

İslami dəyərlərin qorunub saxlanılması Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycan Prezidenti iyulun 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin təşkil etdiyi iftar mərasimində iştirakı dövlət başçısının milli-mənəvi və dini dəyərlərə həssas münasibətini bir daha təcəssüm etdirdi. Dövlət başçısı Azərbaycanda islama və digər dinlərə tolerant münasibətin olduğunu bir daha vurğuladı: "Bugünkü iftar mərasimimiz ənənəvi xarakter daşıyır. Mən artıq onuncu dəfədir ki, Prezident kimi bu mərasimdə iştirak edirəm. Bu ənənəni ulu öndər Heydər Əliyev və şeyx həzrətləri qoymuşlar. Artıq şeyx həzrətləri dediyi kimi, bu da nadir bir təcrübədir. Çünki Azərbaycanda din-dövlət münasibətlərinin düzgün istiqamətdə inkişafı üçün bu mərasimlər çox lazımdır. Hər bir sahədə olduğu kimi, ulu öndərin, o cümlədən bu sahədə qoyduğu ənənələr yaşayır, davam edir.

Din-dövlət münasibətlərinin düzgün zəmində qurulması hər bir dövlət, xüsusilə gənc dövlətlər üçün önəmlidir. Xüsusilə, tam başqa bir ictimai quruluşda, ateizm şəraitində yaşamış dövlət üçün bu münasibətlər, demək olar ki, sıfırdan qurulmalı idiquruldu da. Əlbəttə ki, bu münasibətlərin düzgün istiqamətdə inkişafı bizim gücümüzü daha da artırdı, cəmiyyətdə mövcud olan sağlam ab-havanı və gələcək üçün gözəl imkanları yaratdı. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq. Ulu öndər Heydər Əliyevin bu sahədəki təşəbbüsləri xalq tərəfindən, dindarlar tərəfindən yüksək qiymətləndirilmişdir".

Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Hələ andiçmə mərasimində "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" - deyən Azərbaycan Prezidenti İlham Əliyev xüsusi həssaslıqla onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirir. İftar mərasimində iştirak edən dövlət başçısı bildirib: "Bu gün Azərbaycan güclü dövlətdir və bizim gücümüz təkcə iqtisadi nailiyyətlərlə ölçülmür. Cəmiyyətimizin çox sağlam dayaqları vardır. Bu dayaqlar tarix, dərin mənəviyyat, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək üzərində qurulubdur. Hesab edirəm ki, bizim təcrübəmiz bir nümunə olaraq artıq dünyada öyrənilir. Azərbaycanda vaxtaşırı keçirilən mötəbər beynəlxalq tədbirlər, xüsusilə dinimilli dözümlülüklə bağlı olan tədbirlər bir daha bunu göstərir, müxtəlif bölgələrdən, diyarlardan gələn qonaqlar vurğulayırlar ki, Azərbaycanda bu münasibətlər ən yüksək səviyyədə qurulmuşdur. Bizim üçün isə bu, təbiidir. Çünki bu, bizim həyat tərzimizdir, başqa cür ola da bilməz. Ancaq bəzi hallarda başqa ölkələrdə yaşanan olaylara nəzər salaraq görürük ki, heç də hər yerdə belə deyildir. Ona görə bir daha əldə edilmiş bütün bu nailiyyətləri düzgün təhlil edərək deyə bilərik ki, bu, bizim böyük sərvətimizdir, böyük xoşbəxtliyimizdir. Biz bu dəyəri qorumalıyıq və qoruyacağıq. Dövlət öz tərəfindən üzərinə düşən vəzifələri icra edir. Çox şadam ki, bütün dini icmalar, dini konfessiyalar da bu sahədə vahid mövqedən çıxış edirlər".

Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də islam dinidir. Xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ötən müddətdə atılan ardıcıl addımlar bu siyasətə alternativin olmadığını sübuta yetirir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 30 iyul.- S.5.