Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində

 növbəti kamera musiqi axşamı olmuşdur

 

Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda doğuran V Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir. AzərTAc xəbər verir ki, festivalın proqramına uyğun olaraq iyulun 30-da "Qafqaz Resort" hotelinin kamera zalında növbəti kamera musiqisi axşamı keçirilmişdir. Konsertdə klassik Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilmişdir.

Konsertdə müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatı tanınmış fransalı pianoçu Con Bernard Pommieronun həyat yoldaşı Olqa Martinova (skripka) çıxış etmişlər.

Musiqi axşamında L.Van Betxoven, Frans Şubertin əsərlərindən parçalar ifa olunmuşdur. Tanınmış rusiyalı violonçel ifaçısı Dmitri Yablonskinin çıxışı tamaşaçılara unudulmaz anlar bəxş etmişdir.

 

Azərbaycan.-2013.- 31 iyul.- S.3.