Əli HƏSƏNOV: «Azərbaycanda prezident seçkiləri həmişə

 olduğu kimi, yenə də ədalətli və şəffaf keçiriləcəkdir»

 

"Azərbaycanda qarşıdan gələn prezident seçkiləri həmişə olduğu kimi, yenə də ədalətli, şəffaf keçiriləcək və ən layiqli namizəd qalib olacaqdır".

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov iyulun 30-da jurnalistlərlə müsahibəsində demişdir.

Şöbə müdiri bildirmişdir ki, Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatlarla əlaqə şəraitində seçki praktikasının təkmilləşdirilməsi, seçkilərin daha şəffaf, ədalətli keçirilməsi ilə bağlı dünya təcrübəsinin tətbiqi sahəsində müəyyən işlər həyata keçirir. O demişdir: "ATƏT, Avropa Şurası, Avropa İttifaqının müvafiq strukturları ilə bu istiqamətdə müəyyən işlər aparırıq".

Əli Həsənov diqqətə çatdırmışdır ki, payızda keçiriləcək prezident seçkilərində seçicilər iradələrini azad şəkildə ifadə edəcəklər. Seçkilərin nəticələri qısa müddətdə, şəffaf şəkildə ümumiləşdirilərək elan olunacaqdır.

 

Azərbaycan.-2013.- 31 iyul.- S.1.